“Radikalların təzyiqi artdığı üçün Zərif istefa verdi”

“Radikalların təzyiqi artdığı üçün Zərif istefa verdi”

Hurriyyet.org xəbər verir ki, İranın daxili siyasəti üzrə ekspert Nevid Cemşidi “Anadolu Agentliyi”nə müsahibəsində deyib: “Radikalların təzyiqi pik həddinə çatdığı üçün Zərif istefa verməyi qərara aldı”.

Çəmşidi İranın xarici siyasətində daima sistemli şəkildə paralel quruluşlar qurulduğunu və ölkədəki mövcud təşkilatların heç birinin xarici siyasəti müəyyənləşdirmədiyini bildirib.

Cəmşidi İrandakı mövcud sistemin ayrı-ayrı məsələlərdən asılı olaraq, hər dəfə bir mexanizmi irəli çıxardığını söyləyib.

Cəmşidi Suriya prezidenti Bəşər Əsəd ilə İranın dini lideri Əli Xamaneinin və prezident Həsən Ruhaninin görüşü zamanı Qasım Süleymani, Əli Əkbər Vilayəti və başqa dövlət xadimlərinin iştirak etməsinin Zərifi çox narahat etdiyini söyləyib: “Zərif digər təşkilatların Xarici İşlər Nazirliyinin işlərinə müdaxiləsindən narahat olub. Çünki Zərifə görə, Xarici İşlər Nazirliyi siyasəti müəyyənləşdirən ən səlahiyyətli orqandır”.

BMT-dəki vəzifəsindən Ruhani hökumətindəki mövqeyinə və nüvə razılaşmasına qədər Zərifin İranın xarici siyasətində müəyyənləşdirici rol oynadığını söyləyən Cəmşidi deyib: “İran rejimi dünya ilə əlaqə saxlamaq və münasibətləri yumşaltmaq istəyəndə Zərifi irəli çıxarır. Digər məsələlərdə Qasım Süleymani və onun kimi başqa şəxslər daha fəaldırlar. Danışıqların gizli və məxfi şəkildə aparılması lazımdırsa, Əli Əkbər Vilayəti işə qarışır. Lakin onların heç biri xarici siyasətdə mütləq iradə sahibi deyildir”.

Cəmşidi ABŞ ilə nüvə müqaviləsinə ehtiyac yarandığı zaman Ruhaninin vəzifə başına gəldiyini, xarici siyasəti və ingilis dilini yaxşı bildiyi üçün Zərifin XİN başçısı təyin edildiyini bildirərək söyləyib: “İranın mənfəəti tələb elədiyi üçün Zərifin səlahiyyətləri artırıldı və nüvə müqaviləsi imzalandı. Lakin xarici siyasətdə başqa fiqurlar var ki, bunlar da silah, pul və digər sahələrdə daha böyük gücə malikdirlər. Bu fiqurlar bölgədə daha çox əməliyyat aparmağa başladılar. Bu bölgələrdən biri də Yəmən idi. Zərif xarici işlər naziri olmasına rəğmən, Yəmən, Suriya, İraq, Əfqanıstan və ya digər bölgələrdə aparılan siyasətdə ilk məlumat sahibi olanlardan biri deyildi”.

Mühafizəkarlar ilə reformaçılar arasında xüsusilə iqtisadi sahədə şiddətli bir mübarizənin getdiyini bildirən Cəmşidi buna görə, Ruhaninin daima radikal qanadın hədəfində olduğunu bildirib.

Cəmşidi, İran dövlətinin quruluşuna görə, bir şəxsin özbaşına qəflətən istefa qərarı verməsinin mümkünsüz olduğunu, Ruhaninin də bu səbəbə görə istefanı qəbul eləmədiyini və Zərifin də vəzifə başına qayıdaraq, dünən Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşdə iştirak elədiyini söyləyib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA