“Raket adam”ın yer üzünü titrədən silahının görüntüləri - FOTOLAR

“Raket adam”ın yer üzünü titrədən silahının görüntüləri - FOTOLAR

Şimali Koreyanın dünyanı ayağa qaldıran nüvə testinin görüntüləri rəsmi agentlik tərəfindən yayımlanıb.

Cənubi Koreya lideri Kim Jongun şəxsən müşayiət etdiyi proses zamanı yanındakı generalları təbrik etdiyi və göy üzündə irəliləyən silahı müşahidə etdiyi kameralar tərəfindən lentə alınıb.

Koreyanın havaya qaldırdığı ballistik raketin fotoları bir gün sonra bütün dünyaya yayımlandı.

Rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən tədbir 4 min 475 kilometr əraziyə çata bilən Hwasong-15 tipli nəhəng raketin rampaya götürülməsiylə başlayır.

ABŞ: Şimali Koreya tamamilə yox olacaq

BMT-nin Təhlükəsizlik Şurasını təcili toplanmağa çağıran ABŞ müharibə başlayacağı təqdirdə Şimali Koreyanın tamamılə yox olacağını diqqətə çəkib. ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Haley  “Müharibə istəmirik, amma savaş başlayarsa, Şimali Koreya yox olacaq” deyib.

Vaşinqton təmsilçisi xüsusilə Çindən konkret addım gözlədiyini bildirərək bütün ölkələri rəsmi Pxenyanla münasibətləri kəsməyə səsləyib.  

Xatırladaq ki, Çin Şimali Koreyanın ən böyük müttəfiqi və ticarət ortağıdır.

Haley toplantıdan sonra Çinin BMT təmsilçisinın köməkçisi Vu Haitao ilə ayaqüstü görüşüb.

Tramp bir daha cəhd etdi

Gərginliyin yarandığı aprel ayından bu yana dəfələrlə nüvə silahı məsələsini həll etməyə çalışan, amma hər dəfə də əli boşa çıxan  ABŞ lideri Tramp bir daha çinli həmkarı Xi Junpinqi arayıb.

Şimali Koreyaya neft satışını dayandırmasını istəyən Tramp ondan Kim Jonqunu razılığa gətrməsi üçün bütün vasitələrdən istifadə etməsini istəyib.

ABŞ lideri öz “Tvitter” hesabından az öncə “Çin rəhbəri Xi Jinpinqlə danışdım. Bu gün Şimali Koreyaya santsiyalar tətbiq olunacaq. Məsələni həll edə biləcəyik” deyə yazıb.

Xəstə köpək balası

Tramp və Kim arasında aylardır həqarət yarışı gedir. ABŞ lideri son olaraq dediyi “raket adam” kəlməsinə “xəstə köpək balası”ını da əlavə edib.

Dünya ayağa qalxdı

Şimali Koreyanın yeni nüvə silahı testi ABŞ-dan Rusiyaya, Çindən Türkiyəyə, Misirdən Avropa Birliyinə, Yeni Zellandiyadan Yaponiyaya qədər bütün dünya tərəfindən qınandı.

Pekin rəhbərliyi bununla bağlı ciddi narahatlıq keçirdiyini dilə gətirdi, Rusiya isə Pxenyanın müzakirə prosesini öz əlləri ilə məhv etdiyini vurğulayıb.

Dayandırmaq mümkünsüzdür

Kim Jon bu il ərzində 20-dən artıq nüvə testinə imza atdı. İlk qitələrarası ballistic raketini iyunda sınaqdan keçirən Kimin 15 iyunda start verdiyi ikinci qitələrarası ballaistik raket 3 min 700 kilometr məsafə qət edərək Yaponiyanın üstündən keçdi və Sakit okeana düşdü.

Sentyabr ayında test edilən hydrogen bombası isə bölgədə 6,3 ballıq zəlzələyə yol açdı.

BMT mövcud sanksiyalara bu il yenilərini əlavə etsə də da, Kim Jong əməllərindən vaz keçmədi.

Altunay, Hurriyyet.org

  • Hamısı
  • Loading...