Ramazan Abdullayev erməni rəqibini məğlub edib

  • 2019-06-10 16:46:13
  • |
  • İdman /

Ramazan Abdullayev erməni rəqibini məğlub edib

Dünyada Top Kingin ən güclü 4-lüyündə yer alan idmançımız Xəyal Canıyev, Moskvada məşqçisi Fərrux Qəmbərovla birlikdə DAİ və Dünya Azərbaycanlıları Mədəniyyət fondunun prezidenti, tanınmış iş adamı Fizuli Məmmədovla görüşüb.

Xəyal Canıyev, 13 İyunda “Vityaz Figit” klubunun adindan Rumuniyanın paytaxtı Buxarest şəhərində 70 kilo çəki dərəcəsində “Dünya Azərbaycanlıları Mədəniyyət Fondu"nun dəstəyi ilə Top Kingin ən güclü 4 idmançısı ilə mübarizəyə qoşulacaq.

Qeyd edək ki, "Best Of the Best"in idmançısı Xəyal Caniyev Tailand boksunun canlı əfsanəsi Buakav Bençamek üzərində parlaq qələbə qazanıb. Bundan sonra idmançımız Laosda alban Eddi Patsini məğlub edib.

Bundan başqa, bu günlərdə Moskva şəhərində K1 döyüşündə Azərbaycanın tanınmış idmançısı ,TT idman və "Rus Gum" Klubunun təmsilçisi Ramazan Abdullayev, Ermənistan döyüşçüsü David Qiriqarıyanı məğlub edib. İdmançı yarışda iştirakı və qələbəsində payı olan DAİ, RAİ və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədova dəstəyi üçün minnətdarlığını bildiirb. Qeyd edək ki, Moskva şəhərində keçirilən yarışda Ramazan Abdullayev 2 rəqibini nokauta salmaqla üç raundun üçündə də qələbə qazanıb.

Bundan başqa iş adamı Füzuli Məmmədovun dəstəyi ilə, həmyerlimiz, 3 qat dünya çempionu Alim Nəbiyev, 22 iyunda Fransanın paytaxtı Parisdə 3 qat dünya çempionu fransız kinqboksçusu Qlorii Dumbe ilə rinqə çıxacaq.

Bir müddət öncə isə DAİ rəhbəri üzgüçülük üzrə tanınmış idmançı Fatimə Əlkərəmova Avropa çempionatına lisenziya xarakterli yarışa qatılması üçün dəstək olmuşdu. Sevindiriçi haldır ki, Fatimə həmin yarışda lisenziya əldə edərək, 3 gedişin hər birində rəqibləri arasında lider ola bilmişdir.

Bu günlərdə doğma vətənində idmançıları və media nümayəndələrini müqəddəs Ramazan Bayramı münasibəti ilə bir araya toplayan iş adamının atdığı addımlar ictimaiyyətdə təqdirəlayiq hal olaraq qarşılanır. İdmançılar onlara göstərdiyi diqqət və qayğı üçün diaspor rəhbərinə təşəkkürünü bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA