Ramil Usubov Cəmşid Hənifəyevi işdən ÇIXARDI

Ramil Usubov Cəmşid Hənifəyevi işdən ÇIXARDI

Bakının Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi işdən çıxarılıb.

Hurriyyet.org-un ONA-ya istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsini polis kapitanı Ramiz Rzayev icra edir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA