Rasim Balayev Prezidentlə görüşə dəvət olunmamasından danışdı: “Görünür, siyahını tutanlar...”

Rasim Balayev Prezidentlə görüşə dəvət olunmamasından danışdı: “Görünür, siyahını tutanlar...”

“Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tutanlar məni nəzərə almayıblar”.

Hurriyyet.org xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşünə dəvət olunmamasına münasibət bildirən Xalq artisti Rasim Balayev deyib.

Rasim Balayevin sözlərinə görə, həmin görüşə çağırılmamasının səbəbləri ona da aydın deyil:

“Məni o görüşə dəvət etməmişdilər. Niyə etməmişdilər, bilmirəm. Açığı, bu barədə fikirləşmirəm də…

Mənim hökumətlə nə problemim olasıdır ki..? Keçən il “Şərəf” ordeni ilə təltif edilmişəm.

O görüşdə iştirak edənlərin necə seçildiyini bilmirəm. Siyahının Nazirlikdə, yoxsa Administrasiyada hazırlandığından məlumatım yoxdur.

Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tutanlar məni nəzərə almayıblar”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA