Rasim Məmmədov “Qoymayın, üstümüzə Rasim gəlir” başlığına qəzəbləndi, məhkəməyə 2 milyonluq iddia verdi

  • 2019-04-03 10:00:35
  • |

Rasim Məmmədov “Qoymayın, üstümüzə Rasim gəlir” başlığına qəzəbləndi, məhkəməyə 2 milyonluq iddia verdi

“Baku Steel Company” MMC, “Baku Steel Company” MMC -nin Müşahidə Şurasının sədri Rasim Məmmədov ötən ilin dekabrında “Yeni Müsavat” qəzetində dərc olunan “Qoymayın, üstümüzə Rasim gəlir – armatur bazarında inhisarçı oyunları” başlıqlı məqaləyə qəzəblənib. Ətrafındakı vəkillərə göstəriş verib ki, qəzeti də, armatur bazarında baş verən qanunsuzluqları dilə gətirən məşhur iqtisadçı – ekspert Nazim Bəydəmirlini də məhkəməyə versinlər.

Nizami Rayon Məhkəməsindən “Hürriyyət”ə verilən məlumata görə, Rasim Məmmədov, onun rəhbərlik etdiyi MMC qəzetin və Nazim Bəydəmirlinin hər birinin 1 milyon manat cərimələnməsini istəyir. Ötən ilin dekabrında məhkəməyə üz tutan Rasim Məmmədov israrla qəzetin də, iqtisadçı – ekspertin də tezliklə cəzalandırılmasını tələb edir. Məhkəmə prosesinin bir neçə dəfə təxirə salınması haqda da məlumat var. Məhkəmə prosesinin nə vaxt başlayacağı isə hələlik məlum deyil.

Tərəfləri məhkəmə salonunda üz-üzə gətirərəcək yazı ilə bu linkdə tanış ola bilərsiniz:

http://musavat.com/news/qoymayin-ustumuze-rasim-gelir-armatur-bazarinda-inhisarci-oyunlari_576997.html

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA