ƏRDOĞAN HƏDƏFİNİ BƏYAN ETDİ; ABŞ TƏŞVİŞƏ DÜŞDÜ; ƏLAVƏ 50 TIR SİLAH GÖNDƏRDİ...

ƏRDOĞAN HƏDƏFİNİ BƏYAN ETDİ; ABŞ TƏŞVİŞƏ DÜŞDÜ; ƏLAVƏ 50 TIR SİLAH GÖNDƏRDİ...

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Amerikanın bölgədəki silahlarından yalnız İŞİD-ə qalib gəlmək üçün istifadə ediləcəyini vəd eləsə də, İŞİD məğlub olduqdan sonra onları PKK/PYD terror təşkilatına verməkdədir.

Dünən ABŞ Senatı tərəfindən PKK/PYD terror təşkilatına ayrılan büdcənin artırılması qərarı verildikdən sonra, axşam saatlarında 50 tırdan ibarət yeni bir silah karvanının göndərildiyini təsvir edən video göstərilib.

Türkiyə prezidenti R.T.Ərdoğanın “Menbiçə girəcəyik” sözləri PKK/PYD terror təşkilatı ilə birlikdə ABŞ-ın da təşvişə düşməsinə səbəb olub. ABŞ Menbiçə türk hərbçilərinin daxil olmaması üçün diplomatik yollara əl atmaqla yanaşı, hərbi ehtimala qarşı PKK/PYD-ni silahlandırmağa davam edir.

Hurriyyet.org

Loading...

QALEREYA