ƏRDOĞAN İLƏ TRAMP RAZILAŞDI: Kaşıkçı cinayətinin ört-basdır edilməsinə icazə verilməyəcək

  • 2018-11-17 11:41:30
  • |
  • Dünya /

ƏRDOĞAN İLƏ TRAMP RAZILAŞDI: Kaşıkçı cinayətinin ört-basdır edilməsinə icazə verilməyəcək

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefonla danışıb. Prezidentlər Camal Kaşıkçı cinayətinin hərtərəfli şəkildə aydınlaşdırılması və hadisənin ört-basdır edilməməsi məsələsində bir-birilə razılaşıblar.

Tərəflər Camal Kaşıkçı cinayəti ilə yanaşı, Amerikada davam edən FƏTÖ təhqiqatı, Suriyada terrorla mübarizə fəaliyyəti və ikitərəfli iqtisadi əlaqələr barəsində fikir mübadiləsi aparıblar.

Ərdoğan Kaliforniyadakı meşə yanğınlarında həlak olanlar üçün dərn hüznlə kədərləndiyini də Trampa bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz