ƏRDOĞAN: "UZAQBAŞI RUSİYA"

ƏRDOĞAN: "UZAQBAŞI RUSİYA"

Hurriyyet.org xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan ABŞ tərəfindən İŞİD-ə verilən silahlarla bağlı demişdi: “Suriyaya qarşı istifadə edəcəklər? Yoxsa İraqa qarşı istifadə edəcəklər? Yox. Kimə qarşı istifadə edəcəklər? Ya İran, ya Türkiyə, uzaqbaşı Rusiya”. Ancaq bir gün əvvəl Suriyada YPG terror təşkilatı ilə Rusiya birgə mətbuat konfransı açıqlaması vermişdi.

Prezident Ərdoğanın partiyasının qrup iclasında PYD/YPG-yə verdiyi silahlarla bağlı ABŞ-ı bir daha tənqid eləmişdi. Ərdoğan İŞİD-in Suriyadakı Deyr əz-Zor vilayətindən də təmizləndiyini deyərək, artıq İŞİD-in olmadığına görə bu silahların ya İran, ya Türkiyə, ya da Rusiyaya qarşı istifadə ediləcəyini söyləyib.

Prezident Ərdoğanın bu sözlərindən bir gün əvvəl isə rusiyalı general Aleks Kim ilə PYD/YPG-nin qondarma mətbuat katibi Nuri Mahmud kamerlar qarşısına keçib Deyr əz-Zorun İŞİD terror təşkilatından təmizlədiyini açıqlamışdı.

Ərdoğan bu məsələ ilə bağlı çıxışında deyib: “Amerika bu silahlardan harada istifadə edəcək? İŞİD deyə bir şey ortada qalıbmı? Suriyaya qarşı istifadə edəcəklər? Yoxsa İraqa qarşı istifadə edəcəklər? Yox. Kimə qarşı istifadə edəcəklər? Ya İran, ya Türkiyə, uzaqbaşı Rusiya. İndi mən həqiqətləri deməyə məcburam. Mən bunu cənab Trampın özünə də dedim. Verdikləri silahların nə olduğunu bilirsinizmi? Biz seriya nömrələrini müəyyənləşdirmişik. İŞİD gedəndə silahları alacağıq? Silahlar hələ də gəlir, niyə bazaların sayı artır? Addım-addım hər şeyi təqib edirik”.

Hurriyyet.org

  • Hamısı
  • Loading...

    QALEREYA