Ərdoğan bu gün Moskvada Putinlə görüşəcək

Ərdoğan bu gün Moskvada Putinlə görüşəcək

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Fəxrəddin Altun “Tvitter” hesabındakı açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Rusiya prezidenti Vladimir Putin ilə Suriyadakı son hadisələr və Türkiyə-Rusiya münasibətləri də daxil olmaqla regional məsələləri müzakirə eləmək üçün Moskvada görüşəcəyini bildirib.

Altun prezident R.T.Ərdoğanın Moskva səfəri ilə bağlı açıqlamasında deyib: “Türkiyə yalnız terrorçularla savaşmır, problemin siyasi həll yolunu da axtarır. Suriyanın ərazi bütövlüyü və siyasi sabitliyi Türkiyənin əsas prioritetlərindəndir. Bu istiqamətdə işləməyə davam edəcəyik”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA