Ərdoğan İbrahim Tatlısəsdən sitat gətirdi

  • 2018-11-06 14:05:00
  • |
  • Region /

Ərdoğan İbrahim Tatlısəsdən sitat gətirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında çıxışı zamanı İbrahim Tatlısəsdən sitat gətirib.

Hurriyyet.org milli.az-a istinadla xəbər verir ki, o, Türkiyənin təhsil sahəsindəki inkişafdan bəhs edərkən İbrahim Tatlısəsin sözlərindən istifadə edib.

Müğənniyə "dostumuz" deyə xitab edən prezident bildirib ki, rayonlarda xeyli yeni universitetlər tikilib.

"Bir vaxtlar, sağolsun, bir dostumuzun sözü var idi, deyir di ki: "Oksfordu Hakkariyə gətirdiniz, biz oxumadıq?" İndi biz bunu etdik. Həmin bölgədəki universitetlərin sayı 206-ya çatıb. Artıq hər bir övladımızın təhsil alması üçün şərait yaradılıb. Biz bunu təşkil etdik, oxumağı da siz etməlisiniz".

Loading...

QALEREYA