Ərdoğan İmamoğlunu Ankaraya çağırdı - Son dəqiqə

Ərdoğan İmamoğlunu Ankaraya çağırdı - Son dəqiqə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün Böyükşəhər Bələdiyyə sədrlərini Ankaraya dəvət edib.

Bələdiyyə sədrləri ilə görüş sentyabrın 11-də prezidentin iqamətgahında keçiriləcək.
Rəsmi qəbulda ölkə başçısı iştirakçılara xitab edəcək.

Ərdoğan yerli seçkilərdən sonra bu toplantı ilə ilk dəfə 30 böyükşəhər bələdiyyə sədri ilə bir araya gəlmiş olacaq.

Tədbirə Ankara bələdiyyə sədri Mansur Yavaş və İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu da qatılacaq. \\Teleqraf.com