Ərdoğan millət vəkillərini iftara toplayır - Binəli Yıldırıma dəstək

  • 2019-05-11 14:04:31
  • |
  • Region /

Ərdoğan millət vəkillərini iftara toplayır - Binəli Yıldırıma dəstək

İyunun 23-də keçirilməsi planlaşdırılan İstanbul böyükşəhər bələdiyyə seçkilərinə dəstək olmaq üçün AKP-dən olan millət vəkilləri İstanbul sakinləri ilə görüşüb, Binəli Yıldırıma dəstək istəyəcəklər.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu barədə “Yeni Akit” qəzəti məlumat yayıb.

Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan da mayın 13-də AKP millət vəkilləri ilə iftar edərək, bələdiyyə seçkilərini müzakirə edəcək. Ərdoğanın millət vəkillərinə Binəli Yıldırıma dəstək olmaları barədə göstəriş verəcəyi də bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Ali Seçki Qurumu İstanbul böyükşəhər bələdiyyəsi seçkilərinin nəticələrini ləğv edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA