Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi - SƏBƏB

  • 2019-04-08 10:56:05
  • |

Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi - SƏBƏB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bu barədə "Resmi gazete" nəşrində dərc olunan qərarda deyilir.

Məlumata görə, bu addım R.T.Ərdoğanın Rusiyaya səfəri ilə əlaqədardır. Bildirilir ki, səfər çərçivəsində türkiyəli liderin rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılıb. Görüşdə ikitərəfli münasibətlərin inkişaf prespektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti bu gün Rusiyaya səfər edəcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA