Ərdoğan S-400 sistemləri ilə bağlı açıqlama verdi

  • 2019-07-08 17:31:47
  • |
  • Aktual /

Ərdoğan S-400 sistemləri ilə bağlı açıqlama verdi

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan Bosniya və Herseqovinaya səfərdən öncə Atatürk Hava limanında jurnalistlərin suallarını cavablandırıb. Prezident Rusiyadan alınan S-400 hava hücumundan zenit-raket müdafiəsi sistemlərinin qısa bir zaman ərzində təyyarə ilə Türkiyəyə gətiriləcəyini bildirib.

Ərdoğan deyib: “Hazırda tədarük hazırlığı davam edir. Konkret tarix barədə hələ açıqlama verə bilmərik. Razılaşdırdığımız tarixlər var. Yükləmə işləri davam edir. Sistemlərin hara yerləşdiriləcəyini Milli Müdafiə Nazirliyi, Baş Qərargah rəhbərliyi planlaşdırır”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA