Ərdoğan üçün 3 AYRI PLAN: müvəffəqiyyətli olsaydılar... - SENSASİON DETALLAR ORTAYA ÇIXDI

  • 2019-05-13 10:20:44
  • |
  • Region /

Ərdoğan üçün 3 AYRI PLAN: müvəffəqiyyətli olsaydılar... - SENSASİON DETALLAR ORTAYA ÇIXDI

Türkiyədə Akıncı hərbi hava bazasından idarə olunan 15 iyul dövlət çevrilişinə cəhdin ikinci bazası olan Dalaman hava limanında o gecə baş verən hadisələrin detalları məlum olub.

“Yeni Şəfəq” nəşri xəbər verir ki, FETÖ-nün çevriliş cəhdinin ən əhəmiyyətli və tək hədəfi prezident Rəcəb Tayyib Ərdoğan idi.

Bu səbəblə, qiyamçılar Ərdoğan üçün üç fərqli plan hazırlayıblar və bu planlar iyulun 13-də A-3 sənədləri üzərindən verilən brifinq ilə son hala gətirilib. İlk plan Türkiyə prezidentinin İstanbuldakı Huber iqamətgahı ilə bağlı idi.

Prezident Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan, nazir Berat Albayrak, həyat yoldaşı Esra Albayrak ilə uşaqları Əhməd Akif Marmarisdən Dalamana gələn helikopterdən ATA təyyarəsinə keçirlər.

İkinci planı iyulun 16-da prezidentin Antalya proqramına görə planlaşdıran qiyamçılar son planı Okluk Koyu üçün hazırlayıblar. Ancaq prezidentin Okluk Koyunda tam olaraq harada olduğunu bilməyən qiyamçılar dəqiq planlama edə bilməyiblər. Prezident Ərdoğan Okluk Koyuna gedərkən helikopterdə nasazlıq yarandığı üçün quru yolla hərəkətə davam edib. Beləliklə, qiyamçılar prezidentin helikopterinin tam olaraq harada yerə endiyini radarlardan müəyyən edə bilməyiblər. Bu səbəblə, Diyarbakrdən F-16-larla Dalamana gələn qiyamçı general Deniz Kartepe ilə onu müşayiət edən iki pilot kəşfiyyat aparatları ilə bölgənin fotoşəkillərini çəkib.

Türkiyədə Akıncı hərbi hava bazasından idarə olunan 15 iyul dövlət çevrilişinə cəhdin ikinci bazası olan Dalaman hava limanında o gecə baş verən hadisələrin detalları məlum olub.

Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, FETÖ-nün çevriliş cəhdinin ən əhəmiyyətli və tək hədəfi prezident Rəcəb Tayyib Ərdoğan idi.

Bu səbəblə, qiyamçılar Ərdoğan üçün üç fərqli plan hazırlayıblar və bu planlar iyulun 13-də A-3 sənədləri üzərindən verilən brifinq ilə son hala gətirilib. İlk plan Türkiyə prezidentinin İstanbuldakı Huber iqamətgahı ilə bağlı idi.

Prezident Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan, nazir Berat Albayrak, həyat yoldaşı Esra Albayrak ilə uşaqları Əhməd Akif Marmarisdən Dalamana gələn helikopterdən ATA təyyarəsinə keçirlər.

İkinci planı iyulun 16-da prezidentin Antalya proqramına görə planlaşdıran qiyamçılar son planı Okluk Koyu üçün hazırlayıblar. Ancaq prezidentin Okluk Koyunda tam olaraq harada olduğunu bilməyən qiyamçılar dəqiq planlama edə bilməyiblər. Prezident Ərdoğan Okluk Koyuna gedərkən helikopterdə nasazlıq yarandığı üçün quru yolla hərəkətə davam edib. Beləliklə, qiyamçılar prezidentin helikopterinin tam olaraq harada yerə endiyini radarlardan müəyyən edə bilməyiblər. Bu səbəblə, Diyarbakrdən F-16-larla Dalamana gələn qiyamçı general Deniz Kartepe ilə onu müşayiət edən iki pilot kəşfiyyat aparatları ilə bölgənin fotoşəkillərini çəkib./publika.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA