Ərdoğan və İmamoğlu cənazə namazında - VİDEO

  • 2019-04-19 17:47:43
  • |
  • Region /

Ərdoğan və İmamoğlu cənazə namazında - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu İstanbul Ticarət Evinin keçmiş sədri Atalay Şahinoğlunun cənazə mərasiminə qatılıblar.
Hurriyyet.org yerli KİV-ə istinadən bildirir ki, Ərdoğan və İmamoğlu birlikdə mərhumun cənazə namazını qılıblar. İmamoğlu mərasimdən ayrılan Ərdoğanı avtomobilinə qədər müşayiət edib.
“Qarşılaşmalıyıq, millətə xidmət edən vəzifə sahibləriyik. Bunlar tamamilə təbiidir, nəzakətin normallaşması bu ölkənin normallaşması deməkdir. Mən həmişə riayət etməyə çalışacağam. Fürsət tapsam qucaqlaşaram, salamlaşaram. Bu gün qəndilini təbrik etdim”, - İmamoğlu açıqlamasında bildirib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA