Ərdoğan Zərrabın ifadəsinə reaksiya verdi: "Dünya təkcə ABŞ-dan ibarət deyil..."

Ərdoğan Zərrabın ifadəsinə reaksiya verdi: "Dünya təkcə ABŞ-dan ibarət deyil..."

ABŞ-da həbsdə saxlanılan azərbaycanlı milyarder Rza Zərrabın  Nyu Yorkda keçirilən məhkəmədə Türkiyənin iki keçmiş naziri – Zəfər Çağlayan və Egemen Bağışın üzərindən İrana tətbiq edilmiş sanksiyanı pozmaları haqda ifadəsinə prezident Ərdoğan bu gün reaksiya verib.

Hurriyyet.org strateq.az-a istinadən xəbər verir ki, Ərdoğan deputatlarla görüşdə Türkiyənin sanksiyaları heç vaxt pozmadığını deyib və əlavə edib ki, İranla həmişə ticarət və enerji əlaqələri olub: "Zərrab ifadəsini hələ tam açıqlasın, sonra məsələyə dönərik. Ancaq hamı bilsin ki, dünya təkcə ABŞ-dan ibarət deyil!".

Xatırladaq ki,  dünən məhbus geyimində və ayaqları qandallı şəkildə məhkəmə salonuna gətirilən Zərrab İrana qarşı sanksiyaları pozma, çirkli pulların yuyulması və digər bir çox maddələrlə ittiham edilir. O, dünənki ifadəsində Türkiyəni çətin vəziyyətə qoyan ifadə verib. 

Zərrabın bu gün keçiriləcək növbəti iclasda yarımçıq qalan ifadəsini davam etdirəcəyi gözlənilir.

  • Hamısı
  • Loading...