Ərdoğandan Putinə irad: “Niyə bu sualı vermədin?”

  • 2019-09-05 16:25:53
  • |
  • Region /

Ərdoğandan Putinə irad: “Niyə bu sualı vermədin?”

"Türkiyə Rusiyadan "S-400" zenit-raket kompleksini alandan sonra etibarlı şəkildə qorunur, beynəlxalq işlərdə və regionda rolu artır".

TASS xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Bu yaxınlarda Türkiyə prezidenti ilə danışdım. O, bütün bu vəziyyətə (Rusiyanın G7-yə daxil olması və G8-in bərpası) reaksiya verərək dedi: Nə üçün sən Türkiyənin bu heyətdə olması ilə bağlı sual vermədin?",- deyə Putin Şərq İqtisadi Forumunun plenar iclasında müzakirə zamanı bildirib.

Rusiya lideri əlavə edib ki, Türkiyə "S-400"ləri əldə etdikdən sonra səmadan etibarlı şəkildə qorunur./azvision.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA