Ərdoğandan Trampın qərarına SƏRT REAKSİYA: Bölgədə YENİ KRİZ yaranacaq

  • 2019-03-22 12:54:58
  • |
  • Dünya /

Ərdoğandan Trampın qərarına SƏRT REAKSİYA: Bölgədə YENİ KRİZ yaranacaq

ABŞ Prezidenti Donald Trampın Qolan təpələri ilə bağlı qərarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərt reaksiya verib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, ABŞ prezidentinin qərarına münasibət bildirən Ərdoğan "Talehsiz bir açıqlama bölgəni yeni bir böhranın astanasına gətirib", deyə bildirib.

Türkiyə prezidenti İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısında çıxışı zamanı deyib ki, bu ərazi 1967-ci ildən İsrailin işğalı altındadır: "Bununla təkcə ərəblər yox, türkmənlər də oradan köçməyə məcbur olub. Belə bir həssas məsələni sükutla qarşılamağımız qeyri-mümkündür. Qolan təpələrinin işğalının qanuniləşdirilməsinə əsla izn vermərik və verməyəcəyik".

Qeyd edək ki, Tramp Tvitter mikrobloqunda yazıb ki, 52 ildən sonra İsrailin Qolan təpələrində suverenliyini tanımağın zamanı gəldi.

Ağ Ev rəhbəri qeyd edib ki, ölkəsi İsrail və regional sabitlik üçün bu ərazilərdə yəhudi dövlətinin üstünlüyünü tanıyacaq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA