Ərdoğandan Venesuela açıqlaması: "Tramp məni şoka saldı"

Ərdoğandan Venesuela açıqlaması: "Tramp məni şoka saldı"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelada baş verən hadisələrə münasibət bildirib.

Ərdoğan seçkinin nəticələrinə sayğı duyulmasının vacibliyini qeyd edib: "Trampın açıqlamaları məni şoka saldı. Maduroya "dik dur, maneələri aşacaqsan" dedim. 15 iyunda qiyam cəhdi Türkiyədə yaşandı. Bu zaman Madura gecikmədən bizi aradı və az sonra ölkəmizə gəldi. Biz o vaxta qədər Maduro ilə tanış deyildik. Qiyam ərəfəsində onunla tanış olduq. Bəzi sektorda müştərək addımlar atdıq. Mən demokratiyanı bu günə qədər belə bilmişəm. Seçkidə qalib gələnə sayqı duyacaqsan. Sayqı duymursansa bunun adı demokratiya deyil. Totalitar bir zehniyyət və anlayışdır. Maduronun qələbəsini həzm etməyənlər var. Doğrusu, cənab Trampın bu cür açıqlaması demokratiyya inanan bir insan kimi məni şoka saldı. Mən də Rusiyadan dönərkən Maduroya zəng etdim. Ona çox açıq və net şəkildə indiki məqamda anti-demokratik hərəkətlərə icazə verməməini, dik durmasını dedim".

Ərdoğana görə, demokratlar demokratiyanın yanında olmalıdır: "Bizdə qiyam olanda Avropadan yalnız İngiltərə əlaqə saxladı. Kimin demokrat olub-olmadığını gördük".\\Teleqraf.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA