Ərdoğanın “Ayasofya məscid kimi fəaliyyət göstərəcək” açıqlaması Yunanıstanda NARAZILIQ DOĞURDU

  • 2019-03-28 12:30:59
  • |
  • Dünya /

Ərdoğanın “Ayasofya məscid kimi fəaliyyət göstərəcək” açıqlaması Yunanıstanda NARAZILIQ DOĞURDU

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğanın Ayasofyanın məscid kimi ibadətə açılması fikri Yunanıstan mətbuatında əks-səda doğurub.

Ayasofya məbədi Türkiyənin İstanbul şəhərində yerləşir, əvvəl provoslav kilsəsi, daha sonra məscid olub, hal-hazırda isə muzey kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Avropa İttifaqı Türkiyənin birliyin üzvü olması ilə müzakirələrin davam etdirilə bilməsi üçün Ayasofya məbədi ilə bağlı şərtlər irəli sürüb.

Avrupa Parlamenti: “Ayasofya məscid olmamalıdır”

Bu il mart ayının 13-də Avropa Parlamenti Türkiyə ilə üzvlük müzakirələrinin təxirə salınmasını təklif edən qərar qəbul edib. Qərarda diqqəti cəlb edən bir bənd Parlamentin Ayasofya məbədinin məscid kimi istifadə verilməsinə qarşı olduğunun qeyd edilməsi olub. Səsvermə zamanı Birləşmiş Sol Qrup tərəfindən verilən təklif ilə qərar Avropa Parlamentinin “tarixi və dini tikili” adlandırılan Ayasofyanın “görüntüsünün dəyişdirilib məscidə çevrilməsinə” qarşı olduğu barəsində cümlə əlavə edilib.

Avropa İttifaqı bu məsələni gündəmə gətirdikdən sonra Türkiyədə “Ayasofya ibadət üçün açıq olsun” müzakirələri başlanıb.

“Muzey statusundan çıxarılacaq”

Ölkə prezidenti R.T.Ərdoğan bu məsələ ilə bağlı mövqeyini bildirib: “Ayasofya muzey kimi xatırlanmayacaq. Bu statusdan çıxarılacaq, Ayasofya məscud adlandırılacaq”.

Yunanıstanda narazılıq

Bu sözlər yunan mətbuatında böyük bir təlaşa səbəb olub. Ayasofya müzakirələri mətbuatın gündəminə çevrilib.

YUNESKO-nun qərarına güvənirlər

Yunan mətbuatı YUNESKO rəhbərliyinə müraciət edərək belə bir addımın mümkün olub-olmayacağını soruşub. İddiaya görə, YUNESKO rəhbərliyi statusun dəyişilməsi üçün “Ümumdünya İrsi Komitəsinin razılığı olmalıdır” cavabını verib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA