Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana birgünlük səfər proqramı açıqlanıb.

Hurriyyet.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Ərdoğanın yeni dönəmdə dövlət başçısı kimi xarici ölkəyə ilk rəsmi səfəridir.

Türkiyə prezidenti Bakıda Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edəcək. Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını rəsmi mərasimlə qarşılayacaq. Daha sonra iki ölkənin prezidentləri arasında təkbətək və geniş tərkibdə görüş olacaq. Görüşlərdən sonra dövlət başçılarının birgə mətbuat konfransı keçiriləcək.

R.T.Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Bakıdan Şimal Kipr Türk Cümhuriyyətinə yola düşəcək.

Loading...

QALEREYA