“Ərdoğanın səfəri çox böyük əhəmiyyətə malikdir” - POLİTOLOQ

“Ərdoğanın səfəri çox böyük əhəmiyyətə malikdir” - POLİTOLOQ

Qabil Hüseynli: “Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərində köklü dönüş etmək fikrindədir”

Dünən Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Azərbaycana səfərə gəldi. Qeyd edək ki, bu, Ərdoğanın iyunun 24-də keçirilən prezident seçkilərindəki qələbəsindən sonra ilk xarici səfəridir. Türkiyə prezidenti səfər çərçivəsində Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək, daha sonra geniş tərkibdə görüş keçirilib. Görüşlərdən sonra ölkə başçıları birgə mətbuat konfransı keçirib.

Bildirilir ki, R.T.Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Bakıdan Şimali Kipr Türk Cümhuriyyətinə yola düşəcək. Türkiyə prezidenti Lefkoşada Atatürk Xatirə Kompleksinə çələng qoyacaq. O, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı ilə təkbətək görüşəcək və birgə mətbuat konfransı keçirəcək.

“Ərdoğanın səfəri Azərbaycan-Türkiyə münasibətlərində yeni ikili münasibətlərin yaranmasına gətirib çıxara bilər”

Paşinyanın cəbhəyə gəlmə səbəbi: Bakı zərbəyə hazırlaşır?

Türkiyə Cümhuriyyətinin yeni prezidenti seçilən Rəcəb Təyyub Ərdoğanın andiçmə mərasimindən sonra ilk olaraq Azərbaycana səfərə etməsi ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə bildirdi ki, səfər rəmzi xarakter daşısa da, çox böyük əhəmiyyətə malikdir: “Ərdoğan bu səfəri ilə sübut etdi ki, “bir millət iki dövlət” tezisi elə-belə səsləndirilmir. O, Azərbaycan-Türkiyə münasibətlərində köklü dönüşlər etmək, bu münasibətləri keyfiyyətcə yeni bir mərhələyə qaldırmaq fikrindədir. Bu məsələdə hər iki tərəfin mövqeyi bir-birinə çox yaxındır. Yəni ölkə prezidentləri arasında yaxın dostluq və qardaşlıq münasibətləri mövcuddur. Üstəlik, indiyə qədər Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edib. Amma bu dəfəki səfər onu keyfiyyətcə yeni bir mərhələyə qaldırmağı hədəfləyib. Ərdoğan özünün seçkiqabağı platformasına Qarabağ məsələsini də daxil etmişdi. Yəni prezident seçiləcəyi təqdirdə Dağlıq Qarabağ məsələsi ilə hər gün məşğul olacaq və bu məsələnin həlli üçün əlindən gələni edəcəkdir.

Mənim zənnimcə, Ərdoğanın ölkəmizə səfəri gələcəkdə Azərbaycan-Türkiyə arasında yeni ikili münasibətlərin yaranmasına gətirib çıxara bilər. Məsələn, hərbi-siyasi yöndə müqavilə imzalana bilər. Ondan sonra, iki dövlətin Dağlıq Qarabağla bağlı beynəlxalq arenada münasbətlərinin və səylərinin birləşdirilməsi məsələsini reallaşdıra bilər. Bir sözlə, bu münasibətləri tamamilə yeni bir mərhələyə qaldıra bilər”.

“Dediyim kimi, bugünkü səfər rəmzi xarakter daşıyır. Bütün dünyaya, eləcə də Ermənistana nümayiş etdirmək istəyirlər ki, biz bütün məsələlərdə, o cümlədən də Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ məsələsində lazım gələrsə qüvvələrimiz birləşdirəcəyik və birgə addım atacağıq”, - deyə politoloq izah etdi.

“Türkiyənin inkişafı Azərbaycanın inkişafı deməkdir”

Q.Hüseynli qeyd etdi ki, bəziləri prezident üsul-idarəsini avtoritar hakimiyyət adlandırırlar: “Yəni hakimiyyətin bir əldə cəmlənməsidir. Amma ölkədə kürd separtizminə qarşı mübarizə aparmaq, eləcə də ölkənin bütün imkanlarını səfərbər edib, bir məqsədə yönəltəmək üçün bu üsul-idarənin böyük rolu olacaq. Türkiyə 2023-cü ildə dünyanın 10 ən inkişaf etmiş ölkəsinin sırasına daxil olmağı hədəf götürüb. Əgər bu hədəflər yerinə yetirilərsə, ölkənin hərbi potensialı da artacaq ki, bundan da Azərbaycana müəyyən kömək etmək imkanı yaranacaq. Yəni Türkiyənin inkişafı Azərbaycanın inkişafı deməkdir”.

Politoloqun fikrincə, hər halda Rusiya-Türkiyə münasibətlərinin inkişaf perspektivlərini nəzərə almaqala söyləmək olar ki, Ərdoğan və Türkiyə Qarabağ probleminin həllində həlledici rol oynaya bilr.

“Ərdoğanın Azərbaycanı birinci yerə salmağı çox ciddi şeydir”

Q.Hüseynli onu da vurğuladı ki, Şimali Kiprin də Türkiyə tərəfindən müdafiə olunmasına böyük ehtiyac var: “Amma Şimali Kipr xalqı ilə bağlı BMT yeni plan irəli sürüb. Bu plan Şimali Kipr məsələsinin həllini reallaşdıra bilər. Mənim zənnimcə, Ərdoğanın bu səfərdən imtina etməsi bu anlama gəlir ki, o, danışıqlar prosesinə, BMT-nin təşəbbüslərinə əngəl törətmək istəmir. Ərdoğanın ora getməsi bu planın gerçəkləşməsinə mane olar. Əvvəl Ərdoğan birinci Şimali Kiprə gedirdi, indi Azərbayacanı birinci yerə salmağı çox ciddi şeydir. Ona görə, birinci Azərbaycana gəlib ki, Şimali Kipr müstəqil deyil. BMT də orada problemin nizamlanmasına çalışır”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

QALEREYA