Ərdoğanın sözü yerə düşmədi! - PUTİN ORDUNU GERİ ÇƏKDİ

  • 2019-04-11 11:40:02
  • |
  • Dünya /

Ərdoğanın sözü yerə düşmədi! - PUTİN ORDUNU GERİ ÇƏKDİ

Hurriyyet.org xəbər verir ki, Suriya məsələsinin həlli üçün Türkiyə ilə əməkdaşlıq eləmək istəyən Rusiyanın Tel Rüfət bölgəsindən çıxamağa başladığı xəbəri verilib.

Suriyanın şimalında dövlət qurmaq üçün səy göstərən YPG/PKK terror təşkilatı ABŞ-a xidmət eləməklə yanaşı, bəzən Rusiya ilə də əməkdaşlıq eləməyə çalışır. YPG terrorçuları Suriyanın Tel Rüfət məntəqəsində Rusiya polis qüvvələrinin mühafizəsi altında idilər.

Türkiyənin mövqeyi qətidir

YPG ilə əməkdaşlıq məsələsində möhkəm mövqe sərgiləyən Türkiyə bu təqdirdə məsələnin həllinin mümkün olmayacağını Rusiyaya bildirib.

Prezident R.T.Ərdoğan Rusiyada Vladimir Putin ilə görüşündə bu məsələdən bəhs edib.

Ərdoğanın sözü yerə düşmədi

Görüşdən sonra rusiyalı hərbçilərin Tel Rüfəti tərk elədiyi barəsində xəbərlər verilib. Türkiyə ilə Rusiya Suriyanın İdlib bölgəsində ortaq patrul yoxlamaları keçirməyə hazırlaşırlar.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA