“Real” növbəti transferini rəsmiləşdirdi

  • 2019-06-14 15:18:03
  • |
  • İdman /

“Real” növbəti transferini rəsmiləşdirdi

İspaniyanın “Real” klubu növbəti transferini rəsmiləşdirib.

Hurriyyet.org-un məlumatına görə, Madrid təmsilçisi yaponiyalı Takefusa Kubonu heyətinə qatıb.

18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Asiyalı ildə 1,2 milyon avro qazanacaq.

O, öncə “Real”ın əvəzedici komandası olan “Kastiliya”da çıxış edəcək. Bunadək vətənində “Tokio”nun şərəfini qoruyan T.Kubok cari mövsümdə 13 oyuna 4 qol vurub. 2011-2015-ci illərdə “Barselona”nın aşağı yaş üzrə komandasında çıxış etmiş yarımmüdafiəçi ötən həftə Yaponiyanın əsas yığmasında ilk oyununu keçirib.

Qeyd edək ki, “Real” bunadək Eden Azar, Luka Yoviç və Ferlan Mendini heyətinə qatıb./apa/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA