“Regiondakı münaqişələr inkişafı ləngidir” - Gürcüstan prezidenti

  • 2019-03-13 17:03:41
  • |
  • Region /

“Regiondakı münaqişələr inkişafı ləngidir” - Gürcüstan prezidenti

Cənubi Qafqazda mövcud olan münaqişələr regionun inkişafını gecikdirir.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bunu hazırda İrəvanda səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili erməni həmkarı Armen Sarkisyanla görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada deyib.

“Bizim yaşadığımız regionda sülh və sabitliyin olması həlledici əhəmiyyətə malikdir. Çünki bu, regionun tərəqqisi və bizim ölkələrimizin iqtisadi inkişafının əsas şərtləridir. Bu mənada, regiondakı münaqişələr beynəlxalq hüquq normalarına əsaslanmaqla sülh yolu ilə həll edilməlidir. Konfliktlər bizim inkişafımızı ləngidir. Onları dialoq və danışıqlar vasitəsilə nizamlamalıyıq” – Gürcüstan prezidenti vurğulayıb.

Zurabişvili onu da əlavə edib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişənin Gürcüstan ərazisinə keçməməsi və “həm ermənilər, həm də azərbaycanlıların Gürcüstanda sülh içində yaşamaları olduqca vacibdir”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA