Rektora qarşı terror: bomba əlini qopardı - ANBAAN VİDEO

Rektora qarşı terror: bomba əlini qopardı - ANBAAN VİDEO

Ukraynada evinin həyətinə qoyulan bombalı paketi açan rektorun əli qopub.

Hurriyyet.org unikal.org-a istinadən xarici KİV-ə istinadən xəbər verir ki, hadisı Ternopil şəhərində baş verib. Ternopil Dövlət İqtisad Universitetinin rektoru Andrey Krysovatinin evinin qapısına qoyulmuş paketi götürdüyü görülür. Daha sonra onun yanına həyat yoldaşı gəlir. Rektorun üzərində "Ölümü xatırla" yazılmış paketi açması ilə partlayış baş verir. Rektorun həyat yoldaşının yerdə olduğu, özünün isə həyətdə qaçdığı görülür.
Hadisə zamanı rektorun sol əli qopub, həyat yoldaşının gözünə və bədəninə metal parçalar girib. Xəstəxanaya aparılan rektorun əli tikilib, arvadının isə bir gözünün itirmə riski olduğu və bədənində də yaralar olduğu bildirilib.