Reperin konserti 28 saniyə çəkdi

Reperin konserti 28 saniyə çəkdi

Amerikalı reper Ar Kelli konsert verib.

Hurriyyet.org axşam.az-a istinadən xəbər verir ki, lakin onun konserti 28 saniyə çəkib.

Belə ki, ifaçı konsert zamanı yalnız mahnılarından birini 28 saniyə züm-zümə edib.

O, daha sonra izləyiciləri ilə söhbətləşməyə və rəqs etməyə başlayıb.

Qeyd edək ki, reper fevral ayında 1990-cı ildən 2000-ci ilədək dörd qadını cinsi istismar etdiyinə görə ittiham edilib. Bu qızların üçünün həddi-buluğa çatmaması onun 900 min dollar cərimə ödəməsinə səbəb olub. O, 100 min dollar ödəyərək, zaminliyə çıxıb.

2017-ci ildə isə "BuzzFeed"in yaydığı məlumatlarda Kellinin qızların həyatına, geyimlərinə, yuxu saatlarına müdaxilə etdiyi ortaya çıxıb.

2018-ci ildə isə Kelli yenidən 14 yaşlı bir qızı cinsi istismar etdiyinə görə ittiham edilib.

Reperin eks-sevgililərindən biri 2011-ci ildən indiyədək Kelli ilə onun "seks zindanı"nda 10 dəfə sekslə məşğul olmağa məcbur edildiyini deyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA