Rəşad Sadıqov ilin futbolçusu seçildi

Rəşad Sadıqov ilin futbolçusu seçildi

İdman mətbuatımızın aparıcı orqanlarından biri olan "Futbol+" qəzeti ilin futbolçusunu seçib.

Hurriyyet.org xəbər verir ki, futbol ictimaiyyəti arasında keçirilən sorğuda "Qarabağ"ın kapitanı Rəşad Sadıqov ilin futbolçusu seçilib.

Təcrübəli müdafiəçi səslərinin 57 faizini toplayıb. Rəşad Sadıqov ümumilikdə 6-cı, ardıcıl isə ikinci dəfə "Futbol+" tərəfindən "ilin ən yaxşısı" seçilib.

Qeyd edək ki, sorğunun ümumi nəticəsində ilk "4-lük"də "Qarabağ"ın futbolçuları (1. Rəşad Sadıqov, 2. Mahir Mədətov, 3. Qara Qarayev, 4. Riçard Almeyda) yer alıb.

Loading...

QALEREYA