Rəşid Behbudovun qızından nazirliyə ittihamlar: “Atam məmurların jestinə layiq ola bilmədi...”

Rəşid Behbudovun qızından nazirliyə ittihamlar: “Atam məmurların jestinə layiq ola bilmədi...”

Böyük sənətkar, SSRİ xalq artisti Rəşid Behbudovun qızı Rəşidə Rəşid Mədəniyyət Nazirliyinə qarşı ittihamlar irəli sürüb.

Hurriyyet.org BakuPost-a istinadən xəbər verir ki, R. Rəşid nazirliyin atasının doğum günü ilə bağlı verdiyi sözlərə əməl etmədiyini qeyd edib. Bildirib ki, nazirlik ötən il R. Behbudovun doğum günü münasibətilə onun adına musiqi festivalı keçiriləcəyinə və Rusiya, Türkiyə və İsraildə konsertlər təşkil olunacağına dair vədlər verib:

"Söz verdilər, söz verdilər... Yəni layiq deyil, əziz Mədəniyyət Nazirliyi? Ailəsinə və xalqa şəxsən söz vermişdilər. Bundan başqa tanınmış və varlı şəxslərdəm biri Moskvada böyük yubiley keçiriləcəyinə söz vermişdi. Mənim atam məmurların və oliqarxların jestinə layiq ola bilmədi. Ölkə üçün az şey etmişdi yəqin...”

Məlumat üçün bildirək ki, Rəşid Behbudovun doğum günü dekabrın 14-dədir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA