Rəsmi Tehran ABŞ-a nota verdi:"Cavabsız qalmayacaq" - "Keşikçilər Korpusu" ilə bağlı qalmaqal

Rəsmi Tehran ABŞ-a nota verdi:"Cavabsız qalmayacaq" - "Keşikçilər Korpusu" ilə bağlı qalmaqal

ABŞ-ın İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına rəsmi Tehrandan sərt reaksiya gəlib.

İran Xarici İşlər Nazirliyi bununla bağlı ABŞ-a rəsmən nota verib.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü Əli Nəcəfi Hoşrudi isə bildirib ki, bu qərardan dərhal sonra XİN başçısı Cavad Zərifin rəhbərliyi ilə toplantı keçirilib: “Elə həmin toplantıda Zərif qeyd edib ki, ABŞ-ın bu qərarı təhlükəlidir, cavabsız qalmayacaq və gərəkli addımlar atılacaq”.

Bu arada isə ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, bir həftə içində İran İnqilab Keşikçiləri Korpusuna qarşı yeni sanksiyaların tətbiqinə başlanılacaq. \\Strateq.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA