“Respublikanın hər yerində keyfiyyətsiz qida məhsulları satışdadır” - Baba RZAYEV

“Respublikanın hər yerində keyfiyyətsiz qida məhsulları satışdadır” - Baba RZAYEV

“Əhali qidalanma məcburiyyətində qalaraq istehlak edir”

Bu gün istifadə etdiyimiz qidaların tərkibi haqda müxtəlif fikirlər səslənir. Çünki elm inkişaf etdikcə texnologiya yenilənir və belə desək, yeni texnologiya da qida məhsullarnın tərkibinə yeni “çalarlar” qatmaqda yardımçı olur.

Əhalinin qida təhlükəsizliyi çox önəmli faktordur. Çünki bu, ölkədə ölüm hallarının artmasına gətirib çıxarır ki, bu da genefondumuza zərbədir. Bəzi sahibkarların əhalinin sağlamalığını deyil, öz mənfəətini güdməsi də acı reallıqdır. Geni dəyişdirilmiş qida məhsullarının istehsalı, satışı ilə yanaşı, hətta bəzən elə məhsullar satışa çıxarırlar ki, bu, restoran və şadlıq evlərində kütləvi zəhərlənmələrə də səbəb olur. Bu mənada prezident İlham Əliyevin 13 noyabrda verdiyi Qida Təhlükəsizliyi Agentliyinin yaranması ilə bağlı fərmanı doğru və vaxtında atılmış addım saymaq olar.

“Qida təhlükəsizliyi ilə bağlı vəziyyət hazırda çox aktualdır”

Qida təhlükəsizliyi ilə bağlı “İstehlakçılara Yardım” İctimai Birliyinin sədri Baba Rzayev Hurriyyet.org-a bildirdi ki, qida təhlükəsizliyi ilə bağlı vəziyyət hazırda çox aktualdır: "Qida təhlükəsizliyi üzrə yoxlamalarda kefiyyətsiz qida məhsullarının aşkar edilib sənədləşdirilməməsi, müvafiq dövlət orqanlarına yazılı məlumat verilməməsi əhaliyə kefiyyətsiz qida məhsulu satmaq üçün şərait yaradır”.

“Sahibkarlar nəzarətin olmamasından istifadə edərək ticarət şəbəkələrini kefiyyətsiz və sağlamlığa təhlükəli qida məhsulları ilə doldururlar”

B. Rzayev onu da vurğuladı ki, hazırda keyfiyyətsiz və insan sağlmalığına təhlükəli təsir edən qida məhsulları respublikamızın hər yerində satışdadır: “Keyfiyyətsiz və sağlamlığa təhükəli qida məhsullarını bütün istehlakçılar görür, tanıyır, ancaq qidalanma məcburiyyətində qalaraq istehlak edir və bu qidanın kefiyyətsizliyinə və təhlükəli olduğuna qarşı heç bir mübarizə apara bilmir. Bir az əvvəl sahibkarlar hörmətli prezidentimizə müraciət etdi ki, yoxlamalarn əlindən işləyə bilmirlər. Prezident də iş adamlarının şikayətlərini nəzərə alaraq onların işinə müdaxilə edilməməsi üçün göstəriş verdi. Prezidentin göstərişindən sonra sahibkarlar bir müddət keyfiyyətli və təhlükəsiz qida məhsulları istehsal edib, satışa çıxardılar. Ancaq sonradan üzərlərində nəzarətin olmamasından istifadə edərək ticarət şəbəkələrini kefiyyətsiz və sağlamlığa təhlükəli qida məhsulları ilə doldurdular. Bu barədə əhali şikayət etməyə bir yer tapmır. Keyiyyətə və sağlamlığa təhlükəli qida məhsullarına nəzarət edə biləcək dövlət orqanları və ictimai təşkilatlar nəzarət etməkdən məhrumdurlar. Nəzarətsiz olduğuna əmin olan bəzi sahibkarlar heç kimdən çəkinmədən keyfiyyətsiz və sağlamlığa təhlükəli qida məhsulları istehsal edirlər və bunu bilərək əhaliyə satırlar. Bu cür məhsullar istehsal edən və satan sahbkarlar cərimə olunurlar. Belə olan halda isə keyfiyyətə nəzarət etməli olan müvafiq dövlət orqanları tam hərəkətsiz olurlar. Nəticədə əhali sağlamlığa təhükəli, keyfiyyətsiz qida məhsulları ilə qidalanmaq məvcburiyyətində qalır”.

“GMO qida məhsulları iş adamlarına böyük gəlir gətirir”

Rzayev dedi ki, geni modifkasiya olumuş qida məhsullarının insan orqanizminə necə neqativ təsir göstərdiyini əhalinin əksəriyyəti bilir: “Mətbuatda GMO haqda tənqidi müzakirələr həmişə olub. Ancaq tənqid etdikcə ticarət şəbəklərində GMO qida məhsulları daha da çoxalır. Belə tənqidlər GMO qida məhsularının müsbət reklamına çevrilir. Nə qədər onları tənqid edirlər, demək o qədər də reklam edirlər. GMO qida məhsulları xarici ölkələrdən gətirilməməli və yerli istehsalda istifadə olunmamalıdır. Bu istehsal iş adamlarına böyük gəlir gətirir”.

“Unun daha ağ olması üçün ona dərman vururlar”

“Hörmətli prezidentimiz istehlakçıların şikayətlərinə əsaslanaraq keyfiyyətisz və sağlamlığa təhükəli qida məhsullarının aşkarlanması və bunun qarşısının alınması üçün tam vaxtında Qida Təhlükəsizliyi Agentliyinin təşkil edilməsi və müfaviq təşkilatların bu işə cəlb olunması haqda göstəriş verib. Sumqayıtda 24 çörəkbişirmə sexində yoxlama aparıblar, heç birində texnologiyaya uyğun çorək bişirilmirdi. Hətta un istehsalında elə avadanlıq işlədirlər ki, onunla unu ağardırlar. Unun daha ağ olması üçün ona dərman vurular. O dərmanla qara un ağarır. O dərman da insan sağlamlığına çox ziyandır. Əvvəl Dərnəgüldə un kobinatında baş mühəndis işləmişəm. Ancaq o vaxt unu ağartmaq söhbəti yox idi. İnid edirlər. İndi un istehsal olunan və çorəkbişirmə sexlərinin əksəriyyətində avadanlıqlar Türkiyədən gətirilib və daha çox türklər burada bu işlə məşğuldurlar Mən un kombinatlarından birində olan zaman Göyay adlı türklə də bu barədə danışmışdım”, - deyə birliyin sədri xatırlatdı.

B. Rzayev onu da əlavə etdi ki, indi rəngli sular istehsal edirlər: “Hansı ki, hamısına rəng vururlar. Bunlar hamısı insan sağlamlığına çox ziyandır. Satılan duzların əksəriyyəti yodlaşdırılmayıb. Yod çatışmazlığı da insanda xəstəliklərə səbəb olur”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

QALEREYA