Rezidenturaya qəbul olanlara dair - ELAN

Rezidenturaya qəbul olanlara dair - ELAN

2019/2020-ci Tədris ili üçün rezidenturaya qəbul olanların nəzərinə!

2019/2020-ci tədris ili üçün Azərbaycan Tibb Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış "Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 29.07.2019-cu il tarixindən 02.08.2019-cu il tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edərək, nazirliklə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.

Rezidenturaya qəbul olmuş şəxslər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim etməlidirlər:

1. Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri – qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

2. Baza ali tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;

3. Xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;

4. Xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən "Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.

Tarix və saat

İxtisas

29 iyul

09.30-13:00

Pediatriya

Uşaq cərrahiyyəsi

Otorinolarinqologiya

14:00-16:30

Mamalıq-ginekologiya

Ürək-damar cərrahiyyəsi

Neyrocərrahiyyə

Allerqologiya

Üz-çənə cərrahiyyəsi

30 iyul

09.30-13:00

Travmatologiya-ortopediya

Anesteziologiya-reanimatologiya 2

Onkologiya

Dermatovenerologiya

Urologiya

14.00-16:30

Nevrologiya

Ümumi cərrahiyyə

Nefrologiya

31 iyul

09.30-13:00

Fizioterapiya və tibbi bərpa

Yoluxucu xəstəliklər

Psixiatriya

14.00-16:30

Kardiologiya

Narkologiya

Endokrinologiya

Sosial gigiyena və səhiyyənin təşkili

1 avgust

09.30-13:00

Şüa diaqnostikası

Terapiya

14.00-16:30

Stomatologiya

Mikrobiologiya

2 avgust

09.30-13:00

Laboratoriya işi

Oftalmologiya

Plastik cərrahiyyə

Hematologiya

Revmatologiya

14.00-16:30

Epidemiologiya

Gigiyena

Ftiziatriya

Qastroenterologiya

Patoloji anatomiya, məhkəmə-tibbi eksperti \\\Medicina.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz