Şri-Lankadakı terror hadisələrini hansı qrupun törətdiyi açıqlandı - Ölkədə fövqəladə vəziyyət elan edildi

  • 2019-04-22 14:53:21
  • |
  • Dünya /

Şri-Lankadakı terror hadisələrini hansı qrupun törətdiyi açıqlandı - Ölkədə fövqəladə vəziyyət elan edildi

Hurriyyet.org xəbər verir ki, dünən səhər Şri-Lankada Pasxa bayramının qeyd edildiyi katolik kilsələrində, otellərdə və yaşayış məntəqəsində baş vermiş, 290 nəfərdən artıq insanın həlak olması və 500-nəfərdən artıq adamın yaralanması ilə nəticələnən terror aktının yeddi nəfər kamikadze tərəfindən törədildiyi bəlli olub.

Terrorçuların “National Thowheed Jamaath” (Milli Tövhid Camaatı) adlı yerli silahlı qruplaşma tərəfindən həyata keçirildiyi güman edilir.

Ölkənin Nazirlər Kabinetinin mətbuat katibi Recita Senaratne deyib: “Beynəlxalq əlaqələri olmasa idi, hücumlar bu dərəcədə güclü olmayacaqdı”.

İngiltərədə dərc edilən “Deyli Meyl” qəzetinin yazdığına görə, yuxarıda adı çəkilən qruplaşma İŞİD tərəfindən dəstəklənməsi ilə tanınır. “National Thowheed Jamaath” partlayışla əlaqəli olmasa, belə terror hadisəsinidə İŞİD dəsti-xətti görünür – partlayışlar maksimal “effekt” almaq üçün dinc əhaliyə qarşı yönəldilib, “edam” isə “amansız və diqqətlə planlaşdırılmış” olub. Şri-Lankadakı partlayışlar insanların sıx toplaşdıqları əlamətdar yerlərdə baş verib – bu da İŞİD metodudur. Həmçinin, İŞİD də dəfələrlə xristian bayramlarında terror törədib.

Bundan əlavə, Şri-Lankadan olan onlarla sakin Suriyadakı müharibədə İŞİD tərəfində vuruşublar, son illərdə isə adaya qayıtmağa başlayıblar.

Sri-Lanka prezidenti Maytripala Sirisena ölkədə fövqəladə vəziyyət elan edib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA