Ərinə xəyanət etdi, sevgilisiylə birləşib... - VİDEO

  • 2019-03-01 18:46:14
  • |
  • Region /

Ərinə xəyanət etdi, sevgilisiylə birləşib... - VİDEO

Türkiyənin Karaman şəhərində üç gün əvvəl cəzaçəkmə yerindən icazəli olaraq gəldiyi evində başından silahla vurularaq öldürülən adamın qatili, arvadının sevgilisi çıxdı.

Ayşe Altınbilekin, eyni zamanda müdiri olan sevgilisini, əri Məmməd Altınbileki öldürməyə təhrik etdiyi aydın olub.

Hadisə 26 fevral çərşənbə günü günorta saatlarında Nəfsə Sultan Məhəlləsi 249-ci Küçədə yerləşən İldırım Binanın 1-ci mərtəbəsində baş verib. Verilən məlumata görə, evində silahla vurularaq ağır yaralı halda olan Mehmet Altınbilek (32) qaldırıldığı xəstəxanada həyatını itirib.

Evdə aparılan araşdırmaların ardından cinayətə aid əhəmiyyətli bir tapıntıya rast gəlməyən detektivlər, hadisə anında evdə olan və şok halında olan Mehmet Altınbilekin həyat yoldaşı Ayşe Altınbileki (29) ifadəsinə müraciət etmək üçün polis idarəsinə apardı. Əli-üzü qan içində olan Ayşe Altınbilekin burada polisə verdiyi ifadəsində, həyat yoldaşı ilə birlikdə evdə oturduqları zaman zəngin döydüyünü, qapını açanda isə tanımadığı adamların əvvəl ərini, sonra da özünü döydüyünü, sonra yoldaşını silahla başından vuraraq qaçdıqlarını deyib.

Binada yaşayan qonşularının hər hansı bir silah və dava səsi eşitmədiklərini qeyd etmələri üzərinə detektivlər, qadının verdiyi ifadələri inandırıcı hesab etməyib.

Sənədlərdə hadisə öncəsi və sonrasında bir avtomobilin küçəyə gəlib getdiyi müəyyən olunub. Bunun üzərinə istintaqı dərinləşdirən detektivlər, bir uşaq anası Ayşe Altınbilekin yaxın yoldaşlarının ifadəsinə müraciət etdi.

Dostlarının, gənc qadının 6 aydır ki, eyni iş yerində çalışan müdiri K.A. İlə (37) əlaqə yaşadığını söyləməsi üzərinə istintaq K.A.yı tutaraq nəzarətə alıb.

Araşdırmalar davam edir./metbuat.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA