Ronaldo: "Neymarın PSJ-yə keçidi geriyə addımdır"

Ronaldo: "Neymarın PSJ-yə keçidi geriyə addımdır"

Braziliya millisinin sabiq futbolçusu Ronaldo həmyerlisi Neymarın "Barselona"dan PSJ-yə keçidinə münasibət bildirib.

Hurriyyet.org xəbər verir ki, veteran hücumçu Neymarın bu addımının bəyənmədiyini deyib:

"İdman prinsipləri baxımından Neymarın PSJ-yə keçidi geriyə atılmış addımdır. Ancaq hər kəs özü üçün yeni macəra axtarır".

Ronaldo özünün "Barselona"dan Milan "İnter"inə keçidini isə belə izah edib: "Mən də vaxtilə "Barselona"nı tərk edib, "İnter"ə keçmişəm. Ancaq o zaman İtaliya çempionatı daha gərgin idi".

Xatırladaq ki, ötən ilin yayında "Barsa"dan 222 milyona PSY-yə transfer olunan Neymar dünyanın ən bahalı futbolçusu olub. /qol.az/

Loading...

QALEREYA