Rövnəq Abdullayevin “qoçuları” vətəndaşın evini SÖKDÜ – VİDEO, FOTOLAR

Rövnəq Abdullayevin “qoçuları” vətəndaşın evini SÖKDÜ – VİDEO, FOTOLAR

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) əməkdaşları Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərciyi” ərazisində yerləşən və Kərimov Məmməd Mirağa oğluna məxsus olan evi söküblər.

Hurriyyet.org xəbər verir ki, söküntü işlərinə bir neçə saat əvvəl başlanılıb.

Maraqlıdır ki, sökülən ev yarımçıq tikili olmayıb, evin damı iki ay əvvəl qurulub və üzəri dəmir şiferlə örtülü olub. Buna baxmayaraq, bir neçə saat əvvəl SOCAR-ın mühafizə xidmətinin əməkdaşları M.Kərimovun Ramana qəsəbəsindəki həyət evinə hücum çəkiblər. Həmin evin və yerləşdiyi torpaq sahəsinin bütün sənədləri qaydasında olsa da, mühafizə xidmətinin əməkdaşları iddia ediblər ki, guya, bu ev ARDNŞ-in balansında olan ərazidə tikilib. Bu baxımdan neft şirkətinin əməkdaşları evin damını söküblər.

Qeyd edək ki, evin tikilməsindən uzun müddət keçsə də, indiyədək ARDNŞ tərəfindən heç bir etiraz olmayıb. Üstəlik, Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən ayrılan torpaq sahəsi üzərində tikintiyə də məhz müvafiq qurum tərəfindən razılıq verildiyi halda, bu ərazi necə neft şirkətinin balansında ola bilərdi?

Digər tərəfdən, ARDNŞ-in balansında olan ərazilərdə hər gün rüşvət hesabına onlarla ev tikildiyi, o cümlədən video və fotolardan da göründüyü kimi, sökülən evin dörd yanında başqa tikililər olduğu halda, vətəndaşın evinin sökülməsi nə dərəcədə ədalətlidir?

Hurriyyet.org

Redaksiyadan: Ətraflı məlumat verəcəyik.

Rövnəq Abdullayevin “qoçuları” vətəndaşın evini SÖKDÜRDÜ – VİDEO, FOTOLAR

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA