“Röyters” dünyaya yaydı: “Məsələ Səudiyyə vəliəhdinə qədər uzanır”

  • 2018-12-05 14:06:13
  • |
  • Dünya /

“Röyters” dünyaya yaydı: “Məsələ Səudiyyə vəliəhdinə qədər uzanır”

Hurriyyet.org xəbər verir ki, Türkiyə Respublikasının İstanbul Şəhər Prokurorluğu Camal Kaşıkçı cinayəti ilə əlaqədar iki Səudiyyə Ərəbistanı vətəndaşı – Əhməd Asiri və Səud Əl Kahtaninin həbs edilməsi barəsində qərar verib.

Məlumatı dünyaya “iki nəfər yüksək vəzifəli türk məmura” istinad edən “Röyters” informasiya agentliyi çatdırıb. Bu iki şəxsin Kaşıkçının qətlinin həyata keçirilməsində əsas şübhəli şəxslərdən olduğu bildirilir. Beynəlxalq agentliyə müsahibə verən mənbə bu addımın səbəbinin Riyadın Asiri və Kahtani ilə bağlı heç bir tədbir görməməsinə inanıldığı üçün atıldığını bildirib.

Səud əl Kahtani Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana ən yaxın şəxslərdən biridir və şahzadə Məhəmməd bin Salmanın baş müşaviri vəzifəsini icra edir.

Hurriyyet.org

Loading...

QALEREYA