“Röyters”: “İstanbulda iki BƏƏ agenti yaxalandı”

  • 2019-04-19 17:21:19
  • |
  • Region /

“Röyters”: “İstanbulda iki BƏƏ agenti yaxalandı”

Hurriyyet.org xəbər verir ki, “Röyters” agentliyinə müsahibə verən yüksək vəzifəli türkiyəli məmurlar bazar ertəsi günü Birləşmiş Ərəb Əmirliklərinin iki nəfər agentinin İstanbulda yaxalandıqlarını bildiriblər. Onların Kaşıkçı cinayəti ilə əlaqələrinin olduğu güman edilir. Agentlər Türkiyədəki ərəblər barəsində məlumat topladıqlarını etiraf ediblər.

Türkiyə orqanları BƏƏ-nin kəşfiyyat işçilərinin səudiyyəli jurnalist Camal Kaşıkçının İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğundakı qətli ilə mümkün əlaqələri olması ilə bağlı istintaq aparırlar. MİT və polisin ortaq əməliyyatları ilə ələ keçirilən agentllərin kimliyi gizli saxlanılır. Maraqlıdır ki, yaxalanan BƏƏ agentlərinin Fələstin əsilli olduğu bildilir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA