Roza Zərgərli övladlığa iki uşaq götürəcək  

Roza Zərgərli övladlığa iki uşaq götürəcək

 

İllər öncə övladlığa üç uşaq götürən müğənni Roza Zərgərli yenidən övladlığa uşaq götürəcək.

Hurriyyet.org xəbər verir ki, müğənni bu haqda rejissor Nail Naiboğlunun “Stop” layihəsində deyib.

O, bildirib ki, bir qız və bir oğlan uşağını himayə edəcək: “Xeyriyyəçilik mənim üçün PR deyil. Böyük oğlum Corc gələn ayın ortasında əsgərliyə gedir. O, gedəndən sonra iki uşaq övladlığa götürəcəyəm. Biri oğlan, biri qızdır. Allah analıq nemətini mənə bir dəfə qismət etdi, sonra dada bilmədim. Bu həyatda bir missiyam var: anası, atası olmayan uşaqlara analıq sevgisi vermək. Hər insanın bir missiyası var. Mənim incəsənətdə müğənni, rejissor, aktrisa, prodüser kimi missiyalarım var. Həyatda isə ana olmaqdır. Mən bir dəfə ölümdən qayıtmışam. O biri dünyanı görüb gəlmişəm”.

Qeyd edək ki, R.Zərgərlinin Bənövşə adlı qız övladı var. O, daha bir qızı və iki oğlan uşağını övladlığa götürüb. Qızı hazırda xaricdə yaşayır, ailəlidir, övladı var. Oğlanu Corc aktyorluq edir, digəri Jerar məktəblidir.

Loading...

QALEREYA