RƏSULZADƏNİ TƏHQİR EDƏNLƏR DƏ MEDAL ALDILAR

RƏSULZADƏNİ TƏHQİR EDƏNLƏR DƏ MEDAL ALDILAR

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" ilə bağlı Naqif Həmzəyev və Araz Əlizadənin təltif olunması sadə vətəndaşlar və elm adamları arasında, mətbuat və sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb

AXC qurucularını əsassız ittihamlarla suçlayıb, onların ünvanına xoşagəlməz ifadələr işlədənlər bu medala layiq deyillər!

“Belə bir adama medal vermək, cümhuriyyəti təhqir etməkdir, ideyalarını gözdən salmaq və sayğısız münasibətdir”

“Azərbaycan Xalq Cümhuriyyətinin tarixini bilməyən, Cümhuriyyət haqqında təsəvvürü olmayan, onun ənənələrini qorumayan və öz həyatında Cümhuriyyət qurucularını yaşatmayan adamlara verilən bu medal haramdır”

“Cümhuriyyət ideyasının bərpası lazımdır, medalı yox. Təsəvvür edin ki, Stalin kiməsə Çar Nikolay medalı verir, mümkün deyildi. Doğrusu, mən bu medalın kimlərə verilməsi ilə maraqlanmıram. Ona görə Naqif Həmzəyevi təbrik edirəm, elə ona yaraşır. Elə o cür adama medal verilməliydi"

Ötən ilin may ayının 15-də ölkə başçısının sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı təsis edilib. Məlumat üçün bildirək ki, sözügedən medalla AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif olunanların siyahısı...

Onu da qeyd edək ki, bu günədək Məhəmməd Əmin Rəsulzadənin varisi Rəis Rəsulzadə, AXC qurucularının varislərindən Leyla Abasquliyeva, Xurşud Abdullayeva, Solmaz Şıxlinskaya, Fətəli xan Xoyskinin qardaşı Cahangir xan Xoyskinin nəslindən olan Xan-Xoyski Azad Cəfər oğlu, tarixçi Nəsiman Yaqublu, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Milli Məclisin deputatı, Azərbaycan Sənaye Korporasiyası ASC-nin baş direktoru Kamran Nəbizadə, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, APA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli, əməkdar jurnalist Azər Həsrət, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan, "Çapar" dərgisinin naşiri Dilqəm Əhməd, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Real TV-nin rəhbəri Mirşahin Ağayev, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, deputat Naqif Həmzəyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin üzvü Araz Əlizadə, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova, Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvü Elçin Əhmədov, Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Cəbrayıl rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbinin direktoru Fəxrəddin Rəhimov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, AMEA Gəncə Regional Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, tarix elmləri doktoru Həsənbala Sadıqov, tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, fəlsəfə elmləri namizədi Azad Bayramov, filologiya elmləri doktoru, professor Abbas Səmədov, zoologiyanın tədrisi metodikası üzrə fəlsəfə doktoru Arifə Şıxzamanlı, 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev, tanınmış idmançı Eduard Məmmədov, taekvondoçu Radik İsayev, paracüdoçular İlham Zəkiyev, Ramil Qasımov, Afaq Sultanova, paraatlet Oluxan Musayev, qadın güləşçisi Mariya Stadnik, sərbəst güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, şahmatçılar Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, həmçinin karyerasını bitirən idman veteranlarından Fərid Mansurov, Namiq Abdullayev, Elnur Məmmədli, Nazim Hüseynov, Lyudmila Şubina, Zemfira Meftahətdinova, Ceyhun Məmmədov, Fariz Nəcəfov, Oleq Panyutin, Natali Pronina, Gündüz İsmayılov və Ramin İbrahimova "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif olunub.

Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqi və təbliği prosesində iştirak etməyənlər də təltif olunub

Çox güman ki, siyahı hələ bununla bitmir və ola bilsin ki, ardı var. Lakin burada bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, yuxarıda adıçəkilən şəxslərin bir qismi "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalına, bu cür şərəfə layiq deyillər! Nədən? Çünki onların bəziləri indiyədək bir dəfə də olsun Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqi və təbliği prosesində iştirak etməyib, bununla bağlı açıqlama və ya müsahibə verməyib, o cümlədən Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında elə də ciddi xidmətləri olmayıb. Əksinə, bu şəxslər əllərinə düşən hər fürsətdə AXC qurucularını əsassız ittihamlarla suçlayıb, hətta onların ünvanına xoşagəlməz ifadələr işlətməkdən belə, çəkinməyiblər. Misal kimi, Naqif Həmzəyev və Araz Əlizadənin adını çəkmək olar. Məhz elə bu səbəbdən də onların "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif olunmaları sadə vətəndaşlar və elm adamları arasında, həmçinin mətbuat və sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb.

Картинки по запросу Naqif Həmzəyev

Beləliklə, yaxın keçmişə nəzər salsaq görərik ki, deputat Naqif Həmzəyev 2015-ci ilin dekabr ayında "Yeni Müsavat" qəzetinə verdiyi açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə haqda təhqiramiz ifadələr işlədib. Daha dəqiq desək, jurnalistin "Rəsulzadənın büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz" sualından diksindiyini ifadə edən deputat Məhəmməd Əmin Rəsulzadə adlı tarixi şəxsiyyət tanımadığını bildirib və onu satqınçılıqda ittiham edib: "Niyə Rəsulzadənin büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Tarixi məndən yaxşı biləcəksiz? Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı. Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub. Onun barəsində dəqiq məlumat bilmək üçün tarixçilərə müraciət edin. Onlar kimin nə olduğunu yaxşı bilir". Baxın, bu da bizim deputatımız. Məhz elə bu qəbildən olan insanlara görə, mütləq növbədənkənar parlament seçkiləri keçirilməli və azad, demokratik, ədalətli şəraitdə baş tutan səsvermədən sonra Naqif Həmzəyev kimilərin mandatı əlindən alınmalıdır.

Altay Göyüşov: "O zaman Azərbaycan Respublikası adından verilən mükafatın qədrini bilərəm ki, mükafatı verən cümhuriyyət ideyasına uyğun olsun"

Картинки по запросу Altay Göyüşov

Araz Əlizadəyə gəlincə, artıq çoxlarına bəllidir ki, bu adam gələcək seçkilərdə də deputat kürsüsündə əyləşmək naminə iqtidara yarınmağın ən rüsvayçı yolunu seçməklə bərabər, daim türk millətinə, onun ən tanınmış simalarına qarşı aqressiv, əsassız ifadələr işlədib, hətta təhqir xarakterli çıxışlar edib. Elə buna görə də sosial şəbəkələrdə ünvanına ən çox "yağlı sözlər" işlədilən şəxslərdən biri də məhz ruskafalı Əlizadədir. Belə ki, təxminən, iki il öncə ölkə.az-a müsahibə verən Azərbaycan Sosial Demokrat Partiyasının sədri "Məhəmməd Əmin Rəsulzadə Azərbaycan üçün nə edib, nə yarada bilib? Heç nə!" deməklə, həm Azərbaycan tarixindən məlumatsız olduğunu, həm də kim(lər)ə QULluq etdiyini bir daha nümayiş etdirib. Ötən il isə o, sfera.az-a açıqlamasında Məhəmməd Əmin Rəsulzadə ilə bağlı növbəti qalmaqallı fikirlər səsləndirib: "Kim Məhəmməd Əmin Rəsulzadənin abidəsini görmək istəyirsə, getsin onun doğulduğu Novxanıya. Novxanı da Bakının ərazisidir. Məni bağışlayın, axı bir adama neçə heykəl qoyulmalıdır?"

Картинки по запросу araz əlizadə

Bütün bunlardan sonra özünüz qərar verin, sizcə Məhəmməd Əmin Rəsulzadə haqda təhqiramiz ifadələr işlədən Naqif Həmzəyev və Araz Əlizadə kimilərinə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalını təqdim etmək nə dərəcədə doğrudur? Axı onlar Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqi və təbliği prosesində iştirak etməyib, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında heç bir nəzərəçarpacaq addım atmayıblar. Belə olan halda, Naqif Həmzəyev və Araz Əlizadənin sözügedən medalla təltif olunması heç də doğru deyil.

Qeyd edək ki, tarixçi-alim Altay Göyüşov da məhz bu qənaətdədir. Belə ki, mövzu ilə bağlı meydan.tv-yə açıqlama verən tarixçi-alimin fikrincə, cümhuriyyətin əsaslarını sarsıdan avtoritar rejimin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalını verməsi lətifəyə bənzəyir: "Yəni cümhuriyyət medalını ölkəni feodal dövlətə çevirənlər verir. Mənim üçün bu məsələni izah etmək çətindir. Çox geri qalmışıq, Gürcüstandan da, Ermənistandan da". Altay Göyüşov hesab edir ki, indiki mövcud avtoritar sistemdən alınan medal və ordenin respublika ideyasına aidiyyatı yoxdur: "Bu sistemin mahiyyəti bəllidir, ona görə də mənfi yanaşıram. O zaman Azərbaycan Respublikası adından verilən mükafatın qədrini bilərəm ki, mükafatını verən cümhuriyyət ideyasına uyğun olsun. Azərbaycan Respublikası nə deməkdir, müstəqil və demokratik dövlət. Belə bir şey varmı, yoxdur. Mənə cümhuriyyət medalının verilməsi yox, cümhurriyyətin özünün olması vacibdir. Azərbaycan xalqı özü seçirmi parlamenti, yox. Yaxud prezidenti seçirmi? Qanunun aliliyi varmı? Cümhuriyyət ideyasının bərpası lazımdır, medalı yox. Təsəvvür edin ki, Stalin kiməsə Çar Nikolay medalı verir, mümkün deyildi. Doğrusu, mən bu medalın kimlərə verilməsi ilə maraqlanmıram. Ona görə Naqif Həmzəyevi təbrik edirəm, elə ona yaraşır. Elə o cür adama medal verilməliydi".

Cəmil Həsənli: "Belə bir adama medal vermək, cümhuriyyəti təhqir etməkdir, ideyalarını gözdən salmaq və sayğısız münasibətdir"

Картинки по запросу Cəmil Həsənli:

Nəzərinizə çatdıraq ki, Milli Şuranın sədri, professor Cəmil Həsənli də bu qənaətdədir ki, əvvəla hökumət cümhurriyyət ideyalarına çox böyük sayğı ilə yanaşmalı və hörmət etməlidir: "Medalla cümhuriyyətin nüfuzunu qaldırmaq olmaz. Medal verilirsə, bu prosesdə rolu, əməyi və zəhməti olan insanlara, cümhuriyyət ideyasının təbliğində, yazılmasında, sənədlərinin çapında, öyrənilməsində iş görənlərə vermək olar". Özünün medal və ordenlərin əleyhinə olduğunu ifadə edən Cəmil Həsənli bildirib ki, əgər medalı verirlərsə, Milli Məclisin Naqif Həmzəyev kimi deputatlarına verməsinlər: "Bu adam Milli Məclisə gələndən, 2-3 çıxış edib, o da cümhuriyyətin əleyhinə olub. Belə bir adama medal vermək, cümhuriyyəti təhqir etməkdir, ideyalarını gözdən salmaq və sayğısız münasibətdir. Çünki AXC-nin banisi Rəsulzadədir, qurucusu da, ideoluqu da odur. Bu adam isə Rəsulzadə barəsində çox nalayiq ifadələr işlədib, beləsinə cümhuriyyət adına təsis edilmiş medal vermək cümhuriyyət ideyalarını aşağılamaqdır".

Sabir Rüstəmxanlı: "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı alanlar arasında ona layiq olmayan şəxslər var"

Похожее изображение

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanın xalq şairi, Milli Məclisin sabiq deputatı Sabir Rüstəmxanlı da demokrat.az-a açıqlamasında sözügedən mövzuya toxunub. Onun sözlərinə görə, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı alanlar arasında ona layiq olmayan şəxslər var. Yubiley medalı ilə təltif olunan şəxslər arasında Rəsulzadəni təhqir etmiş deputat Naqif Həmzəyevin də olmasına etiraz edən Sabir Rüstəmxanlı Azərbaycan Xalq Cümhuriyyətinin tarixini bilməyən, Cümhuriyyət haqqında təsəvvürü olmayan, onun ənənələrini qorumayan və öz həyatında Cümhuriyyət qurucularını yaşatmayan adamlara verilən bu medalı haram hesab etdiyini vurğulayıb: "Bu, sözügedən məsələ ilə bağlı mənim qəti mövqeyimdir. Bu cür adamlardan kimlər medal alıbsa, onlar bu medala layiq deyillər".

Valeh TÜRKSOY, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz