Rüfət Axundov YENİDƏN EFİRƏ ÇIXDI - Mənim nə günahım var?

Rüfət Axundov YENİDƏN EFİRƏ ÇIXDI - Mənim nə günahım var?

"Space" telekanalının "Hər səhər" verilişində müğənni Rüfət Axundov və əməkdar artist Rəşad İlyasovun işlətdiyi qeyri-etik ifadələr ölkə gündəmini zəbt edib.

Hurriyyet.org milli.az-a istinadən xəbər verir ki, hətta bu söyüşə görə Rüfətə Azərbaycan telekanallarında çıxışına qadağa qoyulduğu deyilsə də müğənni bugün "Hər şey daxil"də qonaq olub.

Rüfət Axundov xoşagəlməz olayla bağlı canlı yayımda açıqlama verib:

"Kiməsə maraqlıdırsa o kadrlara yenə də baxa bilər. O səs mənim mahnımın üstündə olmuşdu. Açıqlamamda da demişdim ki, o montajdır. Nəyə montaj demişdim? - Mən mahnımı diskdən oxumuşamsa, gətirib diski səs rejissoruna təhvil vermişəmsə, ən alnı açıq mahnımı oxuyuram. Bilirəm ki, ağzımı açıb bağlayıram. Əgər bu fonoqramın üstündən hansısa bir ifadə istifadə olunursa, burada mənim nə günahım var? Belə bir situasiyaya həyatımda birinci dəfə idi düşürdüm. Mənim səsimin üstündən səs gedirsə, bu montaj adlanır. MTRŞ-nın düzgün, ədaltli qərarına görə, onlara təşəkkür edirəm. Burada mənim taxsırım varsa, mən xalqımdan yenə də üzr istəməyə hazıram".

Qeyd edək ki, müğənni Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin vokal kursunun rəhbəri vəzifəsindən azad edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA