“Rüfət illərlə müdafiə etdiyim siyasətin qurbanıdır” - ELDAR SABİROĞLU

“Rüfət illərlə müdafiə etdiyim siyasətin qurbanıdır” - ELDAR SABİROĞLU

Sabiq deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu özünün Facebook səhifəsində oğlunun həbsi və xəstəliyi ilə bağlı status paylaşıb. Hurriyyet.org həmin statusu olduğu kimi dərc edir:

“Həyatımda bu qədər ağır sarsıntı keşirməmişdim. Rüfət Səfərovun səhhət problemləri sanki dünyamı dəyişdirdi. Allah heç kimi övladı ilə sınağa çəkməsin. Bunlardan nə desən gözləmək olarmış.

Vaxtında bu acı həqiqəti dərk etmədiyimi etiraf edirəm. Rüfət illərlə müdafiə etdiyim bu siyasətin qurbanıdır. Mən İlham Əliyevi belə tanımamışdım. Bu rejimdən aldığım zərbəni vaxtilə haqlarında ən kəskin sözü, tənqidi əsirgəmədiyim Vəzirov, Mütəllibov hakimiyyətindən görmədim. Nə də belə münasibəti sutkanın 24 saatını əleyhlərinə mübarizə apardığım bir illik AXC-Müsavat iqtidarından hiss etmədim. İlham Əliyev isə bütün amansızlıqları ilə mənə və ailəmə bu üzütünü yaşatmağı özünə rəva gördü. İndi məni sağdan-soldan budayırlar. Nədən ki, zamanında bu hakimiyyəti müdafiə etmişəm.

Oğlum heç bir günahın sahibi deyildi. Onu sözünə görə cəzalandıran hakimiyyət qisasını axır ki, ağır şəkildə Rüfətdən almış oldu. İmanımı yandırıb deyə bilmərəm ki, oğlumu bu xəstəliyə məxsusi olaraq yoluxdurublar. Ancaq bu rejimin ədalətsiz olaraq həbsxanaya atdığı bir gəncin taleyinə vurduğu zərbə aşkardır.

Müstəntiq vəzifəsi hüquq mühafizə orqanlarında onəmli peşə sayılır. Bunu və öncəki aramızda olan münasibəti nəzərə alıb, dövlət rəhbəri kimi müstəntiqi və Baş Prokuroru birlikdə qəbul edib, Rüfətə ərkyana öz yerini göstərməklə Zakir Qaralovdan səbəbini sormaq o qədərmi çətinmiş. Ancaq bunun əvəzinə biz qamçılandıq. Ata Abdullayevlə şəkil çəkdirən prezident olmazdımı ki, bu işi də görmüş olaydı...

Qeyd: Bu qeydi özüm çıxardığım nəticədən yazıram. Bu yazı və etiraf onu göstərir ki, uzun illər bu rejimi dəstəkləyən insanlar düşünsünki bu baş verənlər sizin övladlarınızın da başına gələ bilər və gələcək. Bu rejim qan içəndir, şərəfsizi də, alçaqdır.

P.S Hər kəsin qapısı döyüləcək. Döyülmədən düşünün”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA