“Rüfət Səfərova işgəncə faktı gizlədilir” – VƏKİLDƏN ŞOK AÇIQLAMA

“Rüfət Səfərova işgəncə faktı gizlədilir” – VƏKİLDƏN ŞOK AÇIQLAMA

“Rüfət Səfərovun səhhəti yaxşıdır, amma atası Eldar müəllim hazırda Türkiydə müalicədədir. Səhhətində problemlər var”

Bu gün Bakı Apellyasiya Məhkəməsində keçmiş müstəntiq Rüfət Səfərovla bağlı qapalı məhkəmə iclası keçirilib. İclasdan sonra R.Səfərovun vəkili Bəhruz Bayramov jurnalistlərə açıqlama verib. O qeyd edib ki, qaldırdırqları vəsatətlər təmin olunmayıb: “İşgəncə və qeyri-insani rəftarla bağlı Xəzər rayon Prokurorluğuna şikayət vermişdik. Prokurorluq cinayət işini rədd etmişdi. Ondan sonra da biz məhkəmə nəzarəti qaydasında məhkəməyə vermişdik. Baxmayaraq ki, orada bir çox vəsatətlər qaldırmışdıq, həmin vəsatətlər təmin olunmamışdı. Ombudsman Aparatının və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri ora gələn zaman Rüfət Səfərovun üzərindəki işgəncə izlərini görmüşdülər, onların gətirdiyi həkimlər də bunu qeydə almışdılar. Təəssüf ki, biz işgəncə faktı ilə bağlı məhkəməyə versək də, məhkəmə bu vəsatətləri təmin etmədi. Həmin nümayəndələrin şahid qismində dindirilməsi, rəylərin götürülməsi, məhz həmin rəis müavininn dindirilməsi nəzərə alınmadı. Rüfət Səfərovun bildirdiyinə görə, 22 sentyabr 2017-ci il tarixdə Pentensiar Xidmətin əməkdaşları gəlmişdi, həmin şəxslərin ora daxil olarkən qeydiyyatdan keçdiyi jurnalı tələb etmişdi. Təəsüf ki, bu vəsatətləri Bakı Apellyasiya Məhkəməsində qaldırsaq da, heç bir nəticə olmadı və verilmiş şikayət təmin olunmadı”.

“Biz sübut etməyə çalışırıq ki...”

“Biz vəsatət qaldırıb sübut etməyə çalışırıq ki, Rüfət Səfərova işgəncə verilib, o vəsatətlər də təmin olunmadı. Ona görə, vəsatətin təmin edilməməsində maraqlıdırlar ki, biz onda döyülmə faktını təsdiq edəcəkdik. Həmin sübutları aşkar edə bilsəydik, döyülmə faktı təsdiq olunardı. Bunün üçün məhkəmə vasitəsilə sübütları əldə etmək lazımdır”, - deyə vəkil vurğuladı.

Bayramov diqqətə çatdırdı ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı qətidir: “Artıq Bakı Apellyasiya Məhkəməsindən qərarından sonra Ali Məhkəməyə vermək olmur. Ona görə, yaxın günlərdə sənədləri toplayıb Avropa Məhkəməsinə müraciət edəcəyik”.

Vəkil onu da qeyd etdi ki, Rüfət Səfərovun səhhəti yaxşıdır: “Amma atası Eldar müəllim hazırda Türkiydə müalicədədir. Səhhətində problemlər var”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

QALEREYA