RUHANİ ABŞ-I TƏHDİD ETDİ - "Ölkəmizə təzyiqlər davam edəcəyi təqdirdə..."

  • 2019-04-09 13:19:36
  • |
  • Aktual /

RUHANİ ABŞ-I TƏHDİD ETDİ - "Ölkəmizə təzyiqlər davam edəcəyi təqdirdə..."

“Siz terrorçulardan bir vasitə olaraq istifadə elədiyiniz zaman...”

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın İran İnqilabı Keşikçilərini terror təşiilatı siyahısına salmasına etirazını bildirən İran prezidenti Birləşmiş Ştatları uranın zənginləşdirilməsi proqramını inkişaf etdirəcəkləri ilə təhdid edib. Həsən Ruhani deyib: “Ölkəmizə təzyiqlər davam edəcəyi təqdirdə, İR8 sentrifuqini istehsal edəcəyik”.

İran lideri deyib: “Keşikçilər xalqımızı, dövlətimizi qorumaq üçün canlarını fəda etdilər. Bu gün Keşikçilərə kin bəsləyən ABŞ onları qara siyahıya salıb”.

ABŞ-ın qərarını “xəta” kimi qiymətləndirən Ruhani deyib: “Bu xəta iranlıları daha da birləşdirəcək və Keşikçilər ölkədə daha da populyar olacaqlar. Amerika regionda terrorçulardan bir vasitə olaraq istifadə elədi, lakin, keşikçilər İraqdan Suriyaya qədər bir çox yerdə bu terrorçularla savaşdı”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA