Ruhani Paşinyanla görüşdü, Ermənistanla bağlı layihələrdən danışdı: “Üçüncü ölkə bizə müdaxilə edə bilməz”

  • 2019-02-27 18:23:13
  • |
  • Region /

Ruhani Paşinyanla görüşdü, Ermənistanla bağlı layihələrdən danışdı: “Üçüncü ölkə bizə müdaxilə edə bilməz”

“Ermənistanda elektrik stansiyası tikiləcək, bu ölkə Bəsrə körfəzi ilə Qara dənizi birləşdirən xəttin üzərində olacaq, Ermənistana elektrik xətti çəkəcəyik, təbii qazın ixracını artıracağıq”

Hurriyyet.org xəbər verir ki, İran prezidenti Həsən Ruhani Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb.

Ruhaninin dəvəti ilə İranda səfərdə olan Paşinyanı, Tehran Mehrabad Hava limanında İranın enerji naziri Rıza Erdekaniyan qarşılayıb.

Tehrandakı Sadabad Sarayında Paşinyanı rəsmi qarşılama mərasimi keçirilib. Mərasimdən sonra Ruhani ilə Paşinyanın başçılıq elədikləri nümayəndə heyətləri görüş keçiriblər. Danışıqlardan sonra iki ölkə arasında iqtisadi tərəfdaşlıqla bağlı iki müqavilə imzalanıb.

Ruhani imzalama mərasimindən sonra keçirilən birgə mətbuat konfransında verdiyi açıqlamada İran ilə Ermənistan arasında siyasət, iqtisadiyyat, turizm və akademik sahələridəki əməkdaşlığın inkişaf etdirilməsini istədiklərini bildirib.

Üçüncü ölkə mesajı

Ermənistanla əzəldən bəri xoş münasibətlərə malik olduqlarını bildirən Ruhani rəsmi İrəvanın ABŞ sanksiyaları ilə bağlı mövqeyindən məmnun olduqlarını bildirib və deyib: “Üçüncü ölkənin İran ilə Ermənistan əlaqələrinə müdaxilə eləməməsi məsələsində qərarımız qətidir”.

İran, Ermənistan və Gürcüstan arasında elektrik xəttinin yaradılması və ardında Rusiyanın da bu layihəyə daxil olması məsələsində razılaşdıqlarını bildirən Ruhani danışıqlar zamanı Bəsrə körfəzinin Ermənistan ilə Gürcistan vasitəsilə Qara dənizlə əlaqələndirilməsi, Şimal-Cənub magistralının tikintisi məsələsini də müzakirə etdiklərini bildirib.

İrəvan ilə təbii qaz və elektrik enerjisi sahəsindəki iqtisadi əlaqədən də bəhs edən Ruhani Ermənistanda qurulacaq elektrik stansiyası ilə bağlı müzakirələrin davam etdiyini, bu ölkəyə daha çox təbii qaz ixrac eləməyə hazır olduqlarını bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA