Rus ekspert: “İranı parçalamaq qəsdilə ona həm xaricdən, həm də daxildən zərbə hazırlanır” – TƏHLİL

Rus ekspert: “İranı parçalamaq qəsdilə ona həm xaricdən, həm də daxildən zərbə hazırlanır” – TƏHLİL

Stanislav Tarasov

regnum.ru, 04.01.2018

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri Məhəmmədəli Cəfəri İranda qarğaşalığın bitdiyini elan edib. O, məlumat verib ki, “etiraz edənlərin sayı az idi və bütün ölkə üzrə 15 min nəfəri keçmirdi” və ABŞ, İsrail və Səudiyyə Ərəbistanını “cümhuriyyət ərazisində pozuculuq fəaliyyəti aparmaqda ittiham edib”.

Məhəmmədəli Cəfəri

Düzdür, etirazçılara ABŞ, İsrail, Böyük Britaniya və Qərbin bəzi ölkələri tərəfindən açıq dəstək mötərizəyə alınsa, “cümhuriyyət ərazisində pozuculuq fəaliyyəti” altında nəyin nəzərdə tutulduğu hələlik aydın deyil.

İran Ali Milli Təhükəsizlik Şurasının katibi Əli Şəmxani öz növbəsində hesab edib ki, aksiyalar Vaşinqton, London və ər-Riyadın Tehranla apardığı “vəkalətli müharibə” çərçivəsində keçib. Amma burada yenə də bu ölkələrin sosial şəbəkələrdə hökumətə qarşı yönəlik kampaniyalarda iştirakına işarə olunub. Həm də bütün bunlar ABŞ prezidenti Donald Trampın İrana qarşı müqavimət, ABŞ-İsrail-Səudiyyə Ərəbistanı üçbucağının Tehranın artan bölgəsəl nüfuzu ilə mübarizədə üçtərəfli qarşılıqlı fəaliyyəti haqda 2017-ci ilin oktyabrında elan etdiyi strategiyanın fonunda baş verib.

Əli Şəmxani

İran üçün – və təkcə onun üçün deyil – problem formalaşmış duruma siyasi diaqnostika və ona reaksiyadan ibarət idi. Tehran hadisələrin bu cür gedişinə hazır idimi? Sual açıq alır. Əlbəttə, ölkədə sosial-iqtisadi durum uzun illər ərzində mürəkkəb olaraq qalır, amma rejim duruma nəzarət üçün xeyli vətənsevərlik, psixoloji resurslardan faydalanıb. Bu, nüvə sazişi bağlandıqdan sonra Qərb sanksiyalarının qısqacları tədricən boşalanda, İran isə bölgədə öz geopolitik nüfuzunu kəskin şəkildə artıranda xüsusən gözə dəyirdi. Belə ki, İran şəhərlərində etirazçılar təkcə işsizlik, qiymət artımı, korrupsiyaya qarşı çıxış edirdilərsə, bunun asan izahı var. Lakin hakimiyyətə “Suriyanı yaddan çıxart, bizi yada sal”, “Qəzaya yox, Livana yox, mənim həyatım İrana məxsusdur” çağırışları gedəndə aydın oldu: Qərbdə dəstək tapan “yeni qüvvələr” İranda özünü göstərir.

Bu, Qərb tərəfdən İranın ciddi şəkildə operativ “müzakirəsi”, “yumşaq qüvvə” vasitəsilə rejimin laxladılmasının “yol xəritəsi”nin gerçəkləşdirilməsidir. Sonra – janrın məntiqi üzrə – ABŞ İranı bölgədə növbəti “sabit qaynar nöqtə”yə çevirməyə cəhd edərək rejimin resurslarını daxili mübarizəyə cəlb edəcək. Bunu “İranın düşmənlərinin islam cümhuriyyətinin hakim dairələri üçün problemlər yaratmaq üçün birləşdiyinə” əminliyini ifadə edən İranın ruhani lideri, ayətullah Əli Xamenei də etiraf edib. Doğrudan da, müxtəlif siyasi güclər bu etirazlardan mənfəət götürməyə, parlamentin hökumət siyasətinin gerçəkləşməsi üçün maneələr yaratması üzündən doğan sosial-iqtisadi çətinliklərə görə məsuliyyəti bir-birinin üzərinə yıxmağa cəhd edirlər. Qüdsün rəsmən İsrailin paytaxtı kimi tanınmasını ilk gediş saysaq, bu, Trampın ikinci gedişidir. ABŞ prezidenti çoxmənalı şəkildə bildirib ki, Vaşinqton İranda etiraz edənlərə “gərəkən vaxtda” dəstək verəcək.

Əli Xamenei

Onun nə vaxt veriləcəyini söyləmək çətindir, lakin yaxınlaşması duyumu möhkəmlənir. Bizim baxışımızca, hadisələr bundan sonra sıradakı ssenari üzrə inkişaf edə bilər. Hər şeydən əvvəl Livandan İrana qədərki “şiə qurşağı”nı dağıtmağa cəhd göstəriləcək. Bunun üçün Tehran bütün baxımlardan nüfuzdan salınmalı, şiəliyin mərkəzi isə, yeri gəlmişkən, şiəliyin tarixi vətəni olan İraqa keçirilməlidir. İranın üzərindən “şiə pərdəsi”nin götürülməsi bu ölkədə çoxmillətli və çoxetiqadlı mahiyyətin varlığını çox tezliklə üzə çıxarcaq. Türkiyəni Qərb tipli islahatlara itələməklə bunu orada etməyə müvəffəq olublar. Rusiya şərqşünası İsmagil Qabidullinin qeyd etdiyi kimi, İranda indiki etiraz hərəkatında etnik-dini qrupların təmsilçiləri – Sistan ostanında və Bəlucistanda bəluclar, Güney Azərbaycan ostanında azərbaycanlılar, İran Kürdüstanında kürdlər artıq özlərini göstəriblər. Bu gərginlik nöqtələrindən savayı İran ərəblərinin və başqa qrupların separatizmi mövcuddur – düzdür, hələlik kiçik olsa da, gözçarpan miqyasdadır. Buna görə də Qərb tərəfindən bu hərəkatlara daha fəal dəstək ehtimalı yüksəkdir. Rusiya eksperti Konstantin Striqunovun hesab etdiyi kimi, söhbət “İranın parçalanması məqsədilə ona həm xaricdən, həm də daxildən əlaqələndirilmiş zərbənin hazırlanmasından” gedir – İraqda buna nail olublar, Suriyada baş verir və potensialca Türkiyəni də təhdid edir. Bu cür mülahizələr hələ bu yaxınlarda nəzəri-geopolitik “çalışmalar” sırasına aid edilirdi. Bu gün isə artıq geopolitik gerçəklikdir. Fikrimizcə, uyğun mərkəzlər və liderlərin göstərilməsi yalnız zaman məsələsidir. Bu baxımdan İranda kürdlər, azərbaycanlılar, ərəblər və başqa təşkilatların (ola bilsin, hətta dərhal eyni vaxtda) potensial çıxışlarının ciddi analizini aparmaq lazımdır. Hər halda, müəllif Rusiyanın “İranın sabitsizləşdirilməsi üzrə Amerika planının çiy və hazırlıqsız çıxdığını” hesab edən əksər iranşünaslarının fikirlərinə ortaq çıxmır. Bu, yalnız başlanğıcdır.

İİKK tankları paradda

Rusiya eksperti Aleksandr Şarkovskinin yazdığı kimi, İrana qarşı yeni koalisiyanın da meydana çıxdığını nəzərə almaq lazımdır – Ərəb Dövlətləri Liqasının (ƏDL) xarici işlər nazirləri son görüşdə bundan söz açıblar. Onun fikrincə, antiiran koalisiyası baş tutarsa, bu, təkcə Yaxın Şərqdə deyil, həm də Cənubi Qafqaz və Orta Asiyada hərbi-siyasi vəziyyətin kəskin şəkildə pisləşməsinə şərait yaradacaq, Suriyada siyasi barışıq prosesini qəlizləşdirəcək. Bununla yanaşı, əvvəlcə Suriya və İraq, İran isə ilk dəfə vətəndaş müharibəsi burulğanına qərq olsa, ehtimal azdır ki, Rusiya toqquşmanın üzərində durmağa nail olacaq. Britaniyanın “The Times” qəzetinin yazdığı kimi, “İran teokratik sistemi hələ də qalmaqda olan, amma qısa tarixi zamanı öz maraqlarında istifadə etməyə çalışınca” ciddi seçim məqamı yaxınlaşır.

Tərcümə Strateq.az-ındır.

Loading...

QALEREYA