RUS FİZİKLƏR ZAMANIN AXARINI TƏRS ÇEVİRDİLƏR?

RUS FİZİKLƏR ZAMANIN AXARINI TƏRS ÇEVİRDİLƏR?

Hurriyyet.org xəbər verir ki, alimlər bir kvant kompyuteri vasitəsi ilə zamanın axarını saniyənin bir hissəsi qədər geri çevirdiklərini bildiriblər. Fizikanın əsas qanunlarına zidd olan bu araşdırmanın kosmosun necə fəaliyyət göstərdiyi ilə bağlı biliklərimizi dəyişdirə biləcəyi güman edilir.

Elektronlardan və kvant məkanının qəribə dünyasından istifadə edən kvant kompyuterləri ilə bağlı biliklərin də böyük miqyasda inkişaf eləməsi demək olan bu araşdırmanı aparan tədqiqatçılar bu təcrübənin “dağılmış bilyard toplarının yenidən əvvəlki vəziyyətinə qayıtması” ilə eyni şey olduğunu bildiriblər.

Moskva Fizika və Texnologiya İnstitutunun bir qrup tədqiqatçısı İsveçrə və ABŞ-dan olan həmkarlarının da yardımı ilə istifadə edilən texnikanın getdikcə inkişaf eləməsini, etibarlı olmasını və qətiləşməsini gözlədiklərini bildiriblər.

Moskva Fizika və Texnologiya İnstitutunun (MFTİ) Fizika Laboratoriyasının rəhbəri Qordey Lesovik deyib: “Zamanın termodinamik istiqamətinin tərsinə axdığı süni bir vəziyyət yaratdıq”.

Fizikanın (termodinamikanın) qanunlarına görə, dağılmış bilyard toplarının yenidən əvvəlki vəziyyətlərinə qayıtması mümkün deyil. Lakin bu araşdırmada kübitlər, tərs videolentdə olduğu kimi əvvəlki vəziyyətlərinə geri qayıdıblar.

Aparılan hesablamalara görə, zamanda geriyə qayıtmağı yaradan vəziyyət təcrübələrin 50 faizində uğurla əldə edilib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA