RUSİYA ABŞ-a NƏ İLƏ CAVAB VERƏCƏK? – İqtisadiyyatı çökən Putin Rusiyasının nüvə şantajından başqa çarəsi qalmayıb - TƏHLİL

RUSİYA ABŞ-a NƏ İLƏ CAVAB VERƏCƏK? – İqtisadiyyatı çökən Putin Rusiyasının nüvə şantajından başqa çarəsi qalmayıb - TƏHLİL

Slava Rabinoviç

“Apostrof”, Ukrayna

Rusiya ABŞ-la Vladimir Putin rejimi üçün SSRİ və ABŞ arasındakı soyuq müharibə kimi bitəcək yeni soyuq müharibənin astanasındadır. Bu, Donald Tramp administrasiyası tərfindən elan edilən və RF-nin Amerika təhlükəsizliyi üçün təhdid kimi tanındığı ABŞ-ın yeni Milli təhlükəsizlik strategiyasından da aydın görünür.

Belə strateji doktrinalar Amerika milli maraqlarına uzunmüddətli baxışa və dünyada ABŞ milli maraqlarına yönəlik olan təhdidlərə əsaslanır. Belə sənədlərlə çoxsaylı insanlar və onların təmsil etdiyi təşkilatlar işləyir.

Mənim fikrimcə, sənədin son versiyası prezident Donald Tramp tərəfindən ifadə edilməyib, bu, çoxsaylı təşkilatların və insanların kollektiv işinin nəticəsidir. Tramp isə onu özünü Rusiyanın siyasi rəhbərliyi hesab edən, əslində isə başqa bir şey deyil, Rusiya dövlətini ələ keçirən mütəşəkkil cinayətkar qruplaşma (MCQ) olan Putinin MCQ-si üçün imzalayıb.

ABŞ-ın belə doktrinası sürpriz olmamalıdı. Son üç il yarımda Rusiya yalnız Ukrayna deyil, bütün dünya üçün təhdid təşkil edir. O, real olaraq, bütün dünya üçün həm coğrafi mənada, həm də sülh mənasında təhdid təşkil edir.

Rusiya həm hibrid, həm də “qaynar” müharibə aparır. RF-ni təmsil edən Putin MCQ-sinin fəaliyyəti nəticəsində Ukraynada 10 mindən çox adam öldürülüb, 2 milyon adam isə qaçqın düşüb. Rusiya əraziləri özünə birləşdirir, başqa sözlə, ilhaq edir. Bütün bunlar dünya və müxtəlif ölkələr, o cümlədən ABŞ-ın müttəfiqləri üçün təhdiddir. Rusiya, ABŞ da daxil olmaqla, müxtəlif ölkələrdə demokratik institutların fəaliyyətinə və seçkilərə qarışıb və qarışmaqda davam edir. Bu, ABŞ-a birbaşa hücumdur, buna görə də Putinin MCQ-sində ABŞ-ın belə bir doktrinasının meydana çıxması ilə bağlı olaraq, heç bir illüziya, hər hansı bir təəccüblənmə heç olmamalıdı.

RF-ni təmsil edən Putin MCQ-si soyuq müharibə istəyirdi və o, onu aldı. Lakin o, bu soyuq müharibənin tez və ya gec gələcək nəticəsini də alacaq. Və bu, öncəki soyuq müharibənin nəticəsinin bu və ya başqa variasiyada təkrarı olacaq. O nəticəni biz hamımız – 40-50 yaşı olanlar gözəl xatırlayırıq (soyuq müharibə SSRİ-nin dağılması ilə nəticələndi- “Apostrof”).

Rusiya özünü çəkə, gücənə və nə istəyir deyə bilər, lakin bu, heç bir əhəmiyyət kəsb etmir, reallıqla heç bir əlaqəsi yoxdur, ona görə ki, Rusiya istehsalı dünya ÜDM-nin 2%-dən azını təşkil edir.

Bundan əlavə, Rusiya iqtisadiyyatının artım tempi ya mənfidir, yəni, resessiyadadır, ya sıfırdır, ya da, hardasa, 1%-in altındadır.

İstənilən halda, hətta inkişaf etməkdə olan ölkələrin orta artım tempinə yaxın belə gəlmir. Uyğun olaraq, Rusiya iqtisadiyyatı geri qalan iqtisadiyyatdır. Və bu, Rusiya əhalisi üçün çox acınacaqlı qurtaracaq, ona görə ki, beləliklə, qlobal iflas başlayacaq.

Son üç il yarımda nə baş verirsə, istənilən halda, elə və ya belə sonu yaxınlaşdırır. Bütün bunların necə bir beton divara doğru apardığını anlamaq üçün iqtisadçı olmağa belə ehtiyac yoxdur. Və çoxları üçün beton divar artıq başlayıb.

Əgər RF əhalisinin 50%-dən çoxu gündə 10 dollar qazanaraq, ayda 300 dollara və ya daha az pula yaşayırsa, bu o deməkdir ki, Rusiya əhalisinin əksəriyyəti, faktiki olaraq, yaşamır, sağ qalmaq üçün çalışır.

Bütün dünyanın böyük təəssüfünə rəğmən, Rusiyanın nüvə silahı olan arsenalı vardır. Və bu, Kremlin yeganə ciddi şantajıdır. Putin MCQ-si yalnız bu nüvə arsenalı ilə dünyanı, o cümlədən ABŞ-ı şantaj etməyə, eynilə soyuq müharibə zamanı sovet MCQ-sinin bütün dünyanı etdiyi kimi, davam edə bilər.

Rusiya amerikalılara nə ilə cavab verəcək? Putin qruplaşması, yəqin, sosial şəbəkələrin və heşteqlərin dili ilə desək, “Voroneji bombalayacaq”. Çox ehtimal, Rusiya vətəndaşlarının hüquqlarını daha da məhdudlaşdırmaq üçün cavab xarakterli proqram sənədləri, tədbirləri, sanksiyaları qəbul edilə bilər.“Maqnitski aktı”na cavab verilərkən olduğu kimi, nə zaman ki, amerikalılara rus uşaqlarını, əsasən xəstə yetimləri, uşaqlığa götürməyi qadağan etdilər. Krımın ilhaqından sonra Qərbin sanksiyaları tətbiq edilərkən, Rusiyanın öz xalqına qarşı ərzaq embarqosu qoyduğu kimi…

Üç il yarım ərzində Rusiya, sanki, öz əhalisindən olan insanların girov götürüldüyü, onlara qarşı bütün sivil dünyada çənələri düşürən və tükləri biz-biz edən dəhşətlərin törədildiryi, hansısa bir Afrika qəziyyəsinə düşüb.

Tərcümə Strateq.az-ındır

Loading...

QALEREYA